?>
Tən Parəsindən Ayrılmış Bir Hissənin Əhvalatı

İranda "Azərbaycan Respublikasının Şiə Qadınları" kitabı nəşr olundu

İranda

Hacər Nəşriyyat Mərkəzi “Azərbaycan Respublikasının Şiə Qadınları” adlı kitabı nəşr etdi və satışa çıxartdı.

Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, “Azərbaycan Respublikası Şiə Qadınları” adlı kitab, xanımlara məxsus Elmi Hövzənin İdarəetmə Mərkəzinə bağlı Hacər Nəşriyyat Mərkəzi tərəfindən nəşr edilmişdir.

Gülüstan və Türkmənçay müqavilələrinin imzalanması bir milləti əsir etdi və Azərbaycan xalqının dindarlığına və azadlığına ciddi ziyan vurdu. Zərərin ən çoxu bu ölkənin həyalı və abırlı qadınlarına və qızlarına dəydi.

Xanım "Nərcis Xatun Məhəmmədi" nin qələmə aldığı "Azərbaycan Respublikasının Şiə Qadınları" adlı kitabı, Azərbaycandakı şiə qadınların vəziyyətini çox aydın göstərir.

Birinci fəsildə bu kitab çar dövründə qadınların vəziyyətindən bəhs edir, ikinci fəsildə hazırkı dövrdə qadınların vəziyyətini, üçüncü fəsildə isə bu ölkədəki mövcud vəziyyəti təhlil edərək, bu ölkədəki şiə qadınların gələcəyini təsvir edir.

Maraqlananlar bu 140 səhifəlik kitabı Hacər Nəşriyyat Mərkəzi mağazasından 20% endirimlə 31.200 tümənə ala bilərlər.

.........................

XəbərinSonu / 167

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*