?>

İrana və S.H.Nəsrullaha təşəkkür +VİDEO

Livanda «Əkkar» din alimləri cəmiyyəti bir bəyanatda İrandan yanacaq idxalına görə, Seyid Həsən Nəsrullaha təşəkkür edib.


ABNA24 Xəbər Verir, Cəmiyyət bildirib ki, İran tankerləri karvanının daxil olması Livana qarşı iqtisadi mühasirəni sındırdı.

«Əkkar» din alimləri cəmiyyətinin bəyanatda sonra deyilir ki, İran İslam Respublikasından Livana tankerlər karvanının daxil olması Amerika Birləşmiş Ştatlarının hesablamalarını pozdu və Vaşinqtonun Beyruta qarşı iqtisadi mühasirəsini sındırdı.

Öz bəyanatının davamında İrandan yanacaq idxalına görə, Seyid Həsən Nəsrullaha təşəkkür edən Livandakı bu dini orqan bildirib ki; «Biz İran İslam Respublikasına, həmçinin tankerlər karvanının Livana çatmasına kömək etmiş və Beyruta qarşı iqtisadi mühasirənin sınmasına səbəb olmuş Suriyaya təşəkkür edirik.»

Dünən İrandan yanacaq daşıyan tankerlər karvanı Livana daxil oldu və bu ölkə xalqının böyük bir qrupu tərəfindən qarşılandı.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*