İslam Respublikasının Tibb Naliyyətləri

İran İslam Respublikasından “Hepatit C” virusundan əziyyət çəkən xəstələrə şad xəbər

3 aya tam sağalacaqsız

İran İslam Respublikasından “Hepatit C” virusundan əziyyət çəkən xəstələrə şad xəbər

Təbriz Tibb Universitetinin direktoru: “Heptatit B” ilə bağlı isə vəziyyətin isə bir qədər fərqli olduğunu söyləyən professor, “hələ ki, “hepatit B”-nin C virusu kimi bədəndən çıxarılması tamamilə mümkün deyil.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Respublikasının səhiyyəsi hepatit c virusu ilə bağlı ciddi yenilik əldə edib.

Belə ki, ianlı həkimlərinin ixtira etdikləri yeni həb formasında olan dərman vasitəsilə 3 ay ərzində bədəndə olan hepatit c virusu tamamilə aradan aparılır

Bu barədə “İslaminSesi”nə Təbriz Tibb Universitetinin direktoru, professor Doktor Məhəmməd Hüseyn Soumi məlumat verib.

Doktor Souminin sözlərinə görə, əvvəllər hepatit “C” virusunun sağaldılması ilə bağlı çətinlikləri vardır:

“Lakin son illər ərzində iranlı mütəxəssislərin çalışmaları nəticəsində həb formasında olan bir neçə dərman pereparatı əldə etmişik ki, həmin dərman vasitəsilə 3 aylıq kurs nəticəsində “hepatit c” virusunu insanların bədənindən tamamilə çıxara bilirik.”

“Heptatit B” ilə bağlı isə vəziyyətin isə bir qədər fərqli olduğunu söyləyən professor, “hələ ki, “hepatit B”-nin C virusu kimi bədəndən çıxarılması tamamilə mümkün deyil. Lakin “Hepatit B” ilə bağlı da effektiv müalicə üsullarımız vardır ki, həmin virusu bədəndə dondura bilirik. “

Qeyd edək ki, sözügedən dərmanların qiyməti ilə bağlı Təbrizdə olduğumuz müddətdə qısa bir araşdırma apardıq. Araşdırmalarımız zamanı məlum oldu ki, 3 aylıq müalicə kursu üçün istifadə ediləcək dərmanların ümumilikdə qiyməti 500-600 manat civarındadır. Əlavə xərclər də ümumilikdə nəzərə alınsa təxminən 1000 manata qədər xərcin çıxması mümkündür.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Prophet's birthday celebrations
We are All Zakzaky
conference-abu-talib