İran İslam Respublikası

İİR havadan müdafiə qüvvələri ABŞ kəşfiyyat təyyarəsini geri döndərdi

ABŞ kəşfiyyat təyyarəsi istiqamətini dəyişməyə vadar edildi.

İİR havadan müdafiə qüvvələri ABŞ kəşfiyyat təyyarəsini geri döndərdi

Açıqlamada RQ-4 tipli dronun keçən həftə qarşısının alındığı və U2 kəşfiyyat təyyarəsinin isə mart ayında dayandırıldığı bildirilib.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, general Fərzad İsmayili verdiyi açıqlamasında deyib: “İran İslam respublikasının havadan müdafiə qüvvələri ABŞ-a məxsus bir kəşfiyyat təyyarəsi və müşahidə dronunun istiqamətini dəyişməyə vadar edib.”

Açıqlamada RQ-4 tipli dronun keçən həftə qarşısının alındığı və U2 kəşfiyyat təyyarəsinin isə mart ayında dayandırıldığı bildirilib.

Xəbərdə kəşfiyyat təyyarəsinin pilotunun 2 fərqli radar tərəfindən aşkar olunduğunu və raket sisteminin hədəfində olduğunu gördüyü qeyd olunub.

“İran hava məkanı pozuntularına göz yummayacaq və lazım gələrsə hava aparatlarını yerə salacaq”, - deyə o bildirib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!