?>
İran İslam Respublikası

İİR-da İmam Zaman (ə.f) Ordusunun "S 300" zenit-raket kompleksi sınaqdan keçirilib – Video

General İsmaili daha sonra vurğulayıb: “Daha mühüm bir xəbəri də sizə vermək istəyirəm. Yaxın günlərdə cavan mühəndislərimizin cəhdləri sayəsində tamamilə yerli istehsal olan S 300 zenit-raket kompleks tipli “Bavər 373” zenit-raket kompleksin sınaqdan keçirəcəyik. Qeyd etməliyəm ki, tam yerli istehsal “Bavər 373” zenit-raket kompleksi S 300-dən daha da modern irəlidir.”


Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Respublikasında Vəliyyi Fəqihin nəzarəti altında İmam Zaman həzrətlərinin yenilməz ordusu "S 300" zenit-raket kompleksin sınaqdan keçirib. Sınaq, İmam Zaman (Allah Onun şərəfli gəlişin tezləşdirsin) Ordusunun Xatəmul Ənbiya (səlləllahu əleyhi və alih) Hava Müdafiə Birləşmələrinin yerli mütəxəssisləri tərəfindən “Dəmavənd” təlimləri zamanı baş tutub.

Təlimlərdə İran İslam Respublikasının yüksək çinli zabitləri və rəsmiləri iştirak ediblər.

Qeyd edək ki, “Dəmavənd” təlimi zamanı “S 300” zenit-raket kompleksi xırda Pilotsuz Uçan Aparatları (PUA) və raketləri uğurla məhv eedib.

Tuğgeneral Fərzad İsmaili jurnalistə verdiyi müsahibəsində bildirib: “S-300 raketləri İran İslam Respublikasının haqqı idi və biz bu haqqı zorla olsa da aldıq...”

General İsmaili daha sonra vurğulayıb: “Daha mühüm bir xəbəri də sizə vermək istəyirəm. Yaxın günlərdə cavan mühəndislərimizin cəhdləri sayəsində tamamilə yerli istehsal olan S 300 zenit-raket kompleks tipli “Bavər 373” zenit-raket kompleksin sınaqdan keçirəcəyik. Qeyd etməliyəm ki, tam yerli istehsal “Bavər 373” zenit-raket kompleksi S 300-dən daha da modern irəlidir.”

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*