?>

İran "Zülcinah" adlı peykdaşıyıcısını orbitə çıxarıb

İran İslam Respublikası "Zülcinah" adlı ən yeni peykdaşıyıcısını kosmosa göndərib


ABNA24 Xəbər Verir, İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin Kosmik Qrupunun sözçüsü Əhməd Hüseyni deyib: "Ölkədə aeronavtika sahəsində ilk dəfə olaraq, ən güclü bərak yanacaqlı mühərrikin texnologiyasına yiyələnməklə kombinə edilmiş "Zülcinah"  peykdaşıyıcısı kosmosa göndərilib".

Ə.Hüseyninin sözlərinə görə, bu peykdaşıyıcısını kosmosa göndərməkdə məqsəd İranda bərk yanacaq istehlak edən motorun texnoloji göstəricisini sınaqdan keçirməkdir.

Hüseyni əlavə edib ki, texniki cəhətdən dünyanın hazırkı peykdaşıyıcıları ilə müqayisə oluna biləcək bu peykdaşıyıcısı üç mərhələli yanacaqdan (2 bərk yanacaq, 1 maye yanacaq) istifadə edir və 220 kq çəkisi olan peyki 500 kilometrə qədər daşıya bilər.

İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin Kosmik Qrupunun sözçüsü deyib: "Bu kosmik sınağın ən mühüm nailiyyətlərindən biri, ölkədə ən güclü bərk yanacaqlı mühərrikin əldə edilməsi və bu məhsulda istifadə olunan digər yeni texnologiyaların təsdiqlənməsidir".

"Hərəkətli bir platformadan atılma qabiliyyətinə görə bu peykdaşıyıcı peyki günəş sinxron orbitdə yerləşdirmə imkanına malikdir və bu da ölçmə peykinə xüsusi qabiliyyətlər bəxş edir.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*