?>

İran vaksini insan üzərində 2-ci sınaq etapına daxil olmağa hazırlaşır

İran vaksini insan üzərində 2-ci sınaq etapına daxil olmağa hazırlaşır

«Kovo İran Bərəkət» adlı İran koronavirus peyvəndi üzrə tədqiqat qrupu bu vaksinin insan üzərində 2-ci sınaq etapına daxil olmağa tam şəkildə hazır olduğunu bildirib.

ABNA24 Xəbər Verir, «Kovo İran Bərəkət» peyvəndi üzrə kliniki sınaq işinə nəzarətçi mütəxəssis Minu Mohrəz bu gün bildirib ki, qeyd olunan vaksinin sınaq nəticələri olduqca yüksək olub.

O, deyib: İnyeksiyaların bitməsindən və nəticələrin təqdim edilməsindən sonra ehtimal üzrə gələn həftə növbəti etapa daxil olaraq, peyvəndin təsir gücünü araşdıracağıq.

Mohrəz sonra söyləyib: Bütün sanksiyalara rəğmən, vaksinin düzəldilməsi üzrə infrastrukturlar düzəldildi və vaksin istehsal olundu və hazırda bu məcmuə bu imkanları yaradıbdır.

Həzrət İmam Xomeyni(r.ə)-in fərmanın icrası üzrə komitənin koronavirus peyvəndinin istehsalı qrupunun məsul şəxsi də deyib: Tədqiqat mərhələlərində və insan üzərində sınağın birinci etapındakı uğurlara görə, yazın sonlarınadək «Kovo İran Bərəkət» peyvəndinin on milyon doza istehsalı imkanı yaranacaq.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Qarabağ İslam Torpağıdır. Qarabağ Azərbaycanındır.
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!