?>

İran və Rusiya prezidentlərinin görüşü ABŞ medialarında

İran və Rusiya prezidentlərinin görüşü ABŞ medialarında

İran və Rusiya prezidentlərinin görüşü Amerika medialarında işıqlandırılıb.

ABNA24 Xəbər Verir, Assoşieyted-Press xəbər agentliyi yazıb: Rusiya prezidenti Vladimir Putin çərşənbə günü İran prezidenti Seyid İbrahim Rəisi ilə görüşdə bildirdi ki, iki ölkənin Əfqanıstanın durumu barədəki ortaq nigarançılıqları barədə dialoqa maraqlıdır.

İran prezidenti də dedi ki, İran siyasi, iqtisadi, müdafiə, təhülkəsizlik və kosmik axtarışlar sahələrində Rusiya ilə həmkarlığı genişləndirməyə meyllidir.

«ABC Nyus» xəbər kanalı isə yazıb: Rusiya prezidenti Vladimir Putin çərşənbə günü İran prezidenti Seyid İbrahim Rəisi ilə görüşdə iki ölkənin Suriya böhranı daxil olmaqla beynəlxalq məsələlərdəki həmkarlığından razılıq edib.

Nyu-York Tayms qəzeti də yazıb ki, İran və Rusiya prezidentlərinin görüşü iki ölkənin Amerika qarşısındakı birliyini nümayiş etdirdi.

Qəzet həmçinin yazıb ki, İran prezidenti Rusiya prezidenti ilə görüşdə qeyd etdi ki, Tehran ötən qırx ildə Amerika qarşısında müqavimət göstərib.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*