?>

İran və Qazaxıstan rəsmiləri 9 əməkdaşlıq sənədi imzalayıblar

İran və Qazaxıstan rəsmiləri 9 əməkdaşlıq sənədi imzalayıblar

Tehranda yerləşən Səədabad mədəni-tarixi kompleksində Tehran və Almatı arasında doqquz əməkdaşlıq sənədi və memorandumun imzlanması mərasimi keçirilib.

ABNA24 Xəbər Verir , İran və Qazaxıstan prezidentlərinin iştirakı ilə keçirilən mərasimdə sənədlər iki ölkənin nazirləri tərəfindən imzalanıb.

Bu əməkdaşlıq sənədləri tranzit nəqliyyatının genişləndirilməsi,/ elmi-mədəni mübadilələr,/energetika,/kənd təsərrüfatı,/ mədəniyyət,/ ticari-iqtisadi mübadilələri və digər sahələrə şamil olur.

Qeyd edək ki, İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi bu gün Səədabad mədəni-tarixi kompleksində Qazaxıstan prezidenti Qasım Jomart-Tokayevi rəsmi şəkildə qarşılayıb.

İran İslam Respublikası prezidenti ilə görüş və dialoq, iki ölkənin yüksək səviyyəli nümayəndə heyətlərinin birgə yığıncağının keçirilməsi, bir neçə əməkdaşlıq sənədi və memorandumun imzlanması Qazaxıstan prezidentinin Tehrana birgünlük səfərinin gündəminə daxildir.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*