?>

İran və Azərbaycan Respublikası «Qız qalası» su bəndinin inşasının davam etdirilməsini təsdiq ediblər

İran və Azərbaycan Respublikası «Qız qalası» su bəndinin inşasının davam etdirilməsini təsdiq ediblər

İran və Azərbaycan Respublikası «Qız qalası» su bəndinin inşasının davam etdirilməsini təsdiq ediblər.

ABNA24 Xəbər Verir, İranın Şərqi Azərbaycan regional su şirkətinin icraçı müdiri deyib: «Qız qalası» su bəndinin inşasının davam etdirilməsi və istifadəyə verilməsinə dair sənəd və planlar İran və Azərbaycan Respublikasının ekspertləri tərəfindən mübadilə və təsdiq olunub.

Yusef Qəffarzadeh İran İslam Respublikası və Azərbaycan Respublikasının sərhəd Araz çayı üzərində «Xudafərin» və «Qız qalası» su bəndlərinin inşasının davam etdirilməsi və istifadəyə verilməsi üzrə texniki işçi qrupunun üçüncü ilcasında deyib: Bundan öncə və «Xudafərin» və «Qız qalası» su bəndlərinin inşasının davam etdirilməsi üzrə qanunun ikinci maddəsinin bəndlərinə istinadla «Xudafərin» su bəndinin sənəd və planları araşdırılaraq, təsdiq edilmişdi.

O, ümidvarlıq edib ki, bu razılaşmalarla «Xudafərin» və «Qız qalası» su bəndlərinin icrası və istifadəyə verilməsi prosesi daha artıq temp alacaq və yaxın gələcəkdə onların istifadəyə verilməsilə hər iki tərəfin xalqının bu su bəndlərinin su ehtiyatları və enerjilərindən bəhrələnmələrinin şahidi olacağıq.

İranın Şərqi Azərbaycan regional su şirkətinin icraçı müdirinin sözlərinə görə, «Xudafərin» torpaq su bəndi ölkənin şimal-qərbindəki ən iri torpaq su bəndlərindən biri kimi, İranın su payından ildə bir milyard kubmetrin təmin edilməsi, daşqınların dəf olunması, su canlılarının yetişdirilməsinin inkişaf etdirilməsi, balıqçılıq və ildə 550 giqavatt-saat elektrik enerjisinin istehsal edilməsi məqsədilə Azərbaycan Respublikası ilə müştərək şəkildə Araz çayı üzərində inşa edilməkdədir və hal-hazırda 94%-lik fiziki irəliləyişə malikdir.

Qəffarzadeh söyləyib: «Qız qalası» suötürücü bəndi də hazırda 90%-lik fiziki irəliləyişə malikdir.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Qarabağ İslam Torpağıdır. Qarabağ Azərbaycanındır.
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!