?>

İran və AEBA birgə bəyanat yayıblar

İran və AEBA birgə bəyanat yayıblar

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) və İran İslam Respublikası, AEBA-nın baş direktoru Rafael Qrossinin Tehran səfərinin sonunda birgə bəyanat yayaraq, agentliyin müfəttişlərinin İranda zəruri fəaliyyətlərinin davam etməsi ilə bağlı razılığa gəldiklərini bildiriblər.

ABNA24 Xəbər Verir, Bəyanatda deyilir: İranın Atom Enerjisi Təşkilatı İran İslam Şurası Məclisinin təsdiq etdiyi "sanksiyaların ləğvi və xalqın maraqlarının qorunması üçün strateji fəaliyyət" qanununa əsasən, Beynəlxalq Atom Enerjisi Təşkilatına 2021-ci il fevralın 23-dən etibarən nüvə anlaşması çərçivəsindəki könüllü addımlarını dayandıracağını bildirib. 

Birgə bəyanatda İranın keçmişdəki kimi əhatəli nəzarət razılaşmasına tam və məhdudiyyətsiz əməl etməsi barədə razılıq əldə edilib.

Həmçinin müvəqqəti bir ikitərəfli texniki razılaşma da əldə edilib ki ona əsasən, Agentlik daha üç ay müddətinə fakt araşdırıcı və  nəzarət missiyasını davam etdirəcək. 

İran İslam Şurası məclisi 2020-ci il dekabrın 1-də "sanksiyaların ləğvi üçün strateji fəaliyyət" qanununu təsdiq edərək, ABŞ sanksiyalarının davam edəcəyi təqdərdə hökumətə AEBA ilə əməkdaşlıqları məhdudlaşdırmaq və nüvə anlaşması çərçivəsindəki öhdəliklərinin azaldılması istiqamətində daha çox addımlar atmaq barədə tapşırıq verib.

MAQATE-nin baş direktoru Rafael Qrossi İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi ilə görüşmək və nüvə öhdəliklərinin azaldılması çərçivəsində İranın nüvə fəaliyyətlərinin son inkişafları barədə müzakirə aparmaq məqsədilə şənbə günü Tehrana səfər edib.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Qarabağ İslam Torpağıdır. Qarabağ Azərbaycanındır.
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!