?>

İran terrorçuların öz sərhədləri yaxınlığında mövcudluğuna dözməyəcək

İran terrorçuların öz sərhədləri yaxınlığında mövcudluğuna dözməyəcək

İranın xarici işlər naziri Qarabağ münaqişəsində terror qruplarının iştirakı və köçürülməsi barədə xəbərdarlıq edib.

ABNA24 Xəbər Verir, Məhəmməd Cavad Zərif bu gün IRIB ilə müsahibədə terrorçuların, xüsusən İŞİD qalıqlarının Qarabağ bölgəsinə köçürülməsindən irəli gələn əmin-amansızlıqlarla bağlı İranın diplomatiya aparatının onlarla mübarizə üzrə məşvərətləri barədə deyib: İran təqribən əmindir ki, terrorçular döyüşlərdə iştirak ediblər və Tehran vurğulayır ki, bu hərəkət heç kəsin xeyrinə deyildir.

Zərif sonra söyləyib: İran özünün son müzakirələrində terror qruplarının Qarabağa köçürülməsi və orada iştirakı məsələsini Azərbaycan Respublikası, Ermənistan, Rusiya və Türkiyə rəsmilərinin nəzərinə çatdırıb və vurğulayıbdır ki, İran İslam Respublikası belə bir məsələyə dözməyəcəkdir.

Zərif həmçinin İran İslam Respublikasının Qarabağda sülhün bərqərarı üzrə layihəsinə işarə ilə bildirib ki, İranın sülh layihəsi təkcə müvəqqəti atəşkəsə aid deyil, həm də iki tərəfin prinsiplər məcmuəsinə öhdəlik elan etməsilə başlanacaq, sonra isə işğalçı qüvvələrin bütün qəsb olunmuş bölgələrdən çıxmaları xüsusiyyət təşkil etməklə hərəkətlərlə davam edəcək çərçivəyə əsasən, döyüşlərin həllinə doğru bir hərəkətdir.

İranın xarici işlər naziri insanların hüquqlarının təmini, əlaqə yollarının yaradılması, region ölkələrinin layihənin və bu kimi məsələlərin icrası prosesinə nəzarətini İranın layihəsinin Qarabağ bölgəsində sülhün bərqərarı üzrə digər detallarından adlandırıb.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Qarabağ İslam Torpağıdır. Qarabağ Azərbaycanındır.
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!