?>

İran-Rusiya əhatəli əməkdaşlıq sənədi yekunlaşmaqdadır

İran-Rusiya əhatəli əməkdaşlıq sənədi yekunlaşmaqdadır

İran İslam Respublikasının prezidenti Rusiyanın iqtisadi fəallarının qarşısında vurğulayıb ki, İran-Rusiya həmkarlıqları üzrə əhatəli sənədin yekunlaşması üzrə hazırlıqlar yaranıb.

ABNA24 Xəbər Verir, Seyid İbrahim Rəisi dünən Rusiyaya ikigünlük səfər proqramlarının davamında bu ölkənin iqtisadi fəalları və iş adamlarından bir qrupu ilə görüşüb.

Rəisi bu görüşdə Rusiyanın iqtisadi fəallarının baxışları ilə tanışlığı böyük fürsət adlandırıb. Bildirib ki, iki ölkənin başçıları və rəsmilərinin ticarət və iqtisadiyyat sahələri üzrə fəalların baxışları ilə tanışlığı ikitərəfli əməkdaşlıq üçün strateji və böyük qərarçıxarmalarda təsirli ola bilər.

İran prezidenti əlavə edib: Rusiya dəyərli sivilizasiyaya və mədəniyyətə malikdir və əməkdaşlıqların genişlənməsi üçün İran və Rusiyada bir çox imkanlar mövcuddur.

Müştərək düşmənlər, maraqlar və qonşuluğu İran ilə Rusiya arasında həmkarlığın artması zərurətinin dəlillərindən adlandıran Rəisi belə söyləyib: Ortaq maraqlardan əlavə, regionda inkişaf və tərəqqini istəməyən müştərək düşmənlərimiz var. Amma inkişaf və tərəqqini o həddə çatdırmalıyıq ki, başqaları öz mədəni və siyasi məqsədlərini həyata keçirmək üçün bu regiona sıza bilməsinlər.

Ölkə prezidenti öz rus həmkarı ilə görüşünə də toxunub: Bu görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlərə nəzər saldıq və Rusiyanın prezidenti Vladimir Putinlə belə bir məsələdə eyni fikrə malik idik ki; İran və Rusiyanın əməkdaşlıq imkanlarından daha yaxşı istifadə olunmalı, şimal-cənub dəhlizi fəaliyyətə başlamalı və iqtisadi fəalların qarşısında duran problemlər aradan qaldırılmalıdır.

İran ilə Rusiya arasında pul və bank sistemində dəyişiklik vacibliyinə təkid edən Rəisi söyləyib: Bu problemi həll etmək üçün İran İslam Respublikası və Rusiyanın mərkəzi bankları iqtisadi fəalların öz pul və maliyyə mübadilələrini asanlıqla həyata keçirmələri üçün İran və Rusiya banklarının hər iki ölkədə fəaliyyət göstərmələri barədə razılığa gələ bilərlər.

İran prezidentinin çıxışından öncə Rusiyanın bəzi iqtisadi fəalları iki ölkə arasındakı ticarət əlaqələrinin yüksəldilməsi yolundakı problemləri və öz baxışlarını bəyan ediblər.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*