?>

İran raketlərindən istifadə ilə şərti düşmənin həyati hədəfləri məhv edilib

İran raketlərindən istifadə ilə şərti düşmənin həyati hədəfləri məhv edilib

İranın mərkəzində keçirilən 9-cu "Vilayət Həriminin Müdafiəçiləri" manevrində F-5 və "Saiqə" qırıcı təyyarələri yerli raketlərdən istifadə edərək, şərti düşmənin vacib və həyati hədəflərini məhv ediblər.

ABNA24 Xəbər Verir, 9-cu "Vilayət Həriminin Müdafiəçiləri" manevrinin əsas etapı və əməliyyat mərhələsi bu gün səhər saatlarında İranın mərkəzində yerləşən İsfahan vilayətində "Ya Sadiqi Ali Məhəmməd" şüarı ilə başlanıb.

9-cu "Vilayət Həriminin Müdafiəçiləri" manevrinin sözcüsü briqada generalı Əmir Fərhad Gudərzi şərti düşmənin mövqelərinin F-5 və Saiqə qırıcıları vasitəsilə məhv edilməsinə toxunaraq, deyib: " İran istehsalı olan ağıllı bombalar, ballistik raketlər, uzun mənzilli statik raketlər və yer-hava raketləri ilə təchiz edilmiş F-7 qırıcıları vasitəsilə innovativ və yaradıcı texnikalardan istifadə edərək, şərti düşmənin həyati hədəfləri gənc pilotlar tərəfindən məhv edilib".

9-cu "Vilayət Həriminin Müdafiəçiləri" manevrinin sözcüsü vurğulayıb: "Vilayət Həriminin Müdafiəçiləri" manevri region ölkələri üçün əmin-amanlıq, dostluq, sabitlik və davamlı sülh mesaji, İran xalqı üçün arxayınlıq və təskinlik mesajı və düşmənlər üçün səhv hesablamaları və səhv edəcəkləri təqdirdə müdafiəyə və qətiyyətli cavab verməyə hazır olmaq mesajını daşıyır.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Qarabağ İslam Torpağıdır. Qarabağ Azərbaycanındır.
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!