?>

İran Qarabağa yük maşınlarının daxil olmasına qadağa qoyub

İran Qarabağa yük maşınlarının daxil olmasına qadağa qoyub

İran İslam Respublikasının yük maşınları və vətəndaşlarının Azərbaycan Respublikasının Qarabağ və Laçın ərazisinə girişinə qadağa qoyulub.

ABNA24 Xəbər Verir, İranın Yol və Şəhərsalma Nazirliyinin tabeliyində olan Şose Yolları və Nəqliyyatı Təşkilatının direktoru Məhəmməd Cavad Hedayəti beynəlxalq nəqliyyat şirkətlərinin həmkarlar ittifaqlarına xüsusi göstəriş verib.

Göstərişdə deyilir, İran Xarici İşlər Nazirliyi ilə koordinasiya edilərək bildirilir ki, Azərbaycan Respublikasının qanunlarına əsasən təyin olunmuş rəsmi sərhəd keçid məntəqələrindən kənar olaraq bu ölkəyə xarici vətəndaşların girişi, Azərbaycan Respublikası sərhədlərinin pozulması deməkdir və bu məsuliyyətə səbəb olur.

Göstərişdə sonra deyilir: Tam təkidlə tövsiyə olunur ki, iranlı sürücülər və vətəndaşlar Azərbaycan Respublikasının ərazi vütövlüyünə hörmət üçün və mövcud həssaslığı və mümkün mənfi nəticələrini nəzərə alaraq Ermənistan Respublikası yolu ilə Laçına və Qarabağ bölgəsinə daxil olmasınlar və beynəlxalq nəqliyyat şirkətləri də Qarabağ bölgəsi ilə hərhansı ticarət müqaviləsi bağlamaq, daşınma sənədlər  vermək və bu bölgəyə yüklər göndərmək və boşaltmaqdan çəkinsinlər.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*