?>

"İran-Ermənistan tranzit yolunun bərpası layihələri tezliklə həyata keçiriləcək"

İranın xarici işlər naziri ölkəsinin yeni artıqtamahlıqlara dözməyəcəyini vurğulayaraq, deyib: "İran ilə Ermənistan arasında kommunikasiya xətlərinin və yük maşınlarının hərəkətinin canlandırılması üçün bir sıra layihələr təyin etdik ki, ən tez bir zamanda həyata keçiriləcək."

ABNA24 Xəbər Verir, Hüseyn Əmir Abdullahiyan erməni həmkarı ilə keçirdiyi birgə mətbuat konfransında, İran İslam Respublikası ilə Ermənistan Respublikası arasındakı münasibətləri möhkəm, konstruktiv və yüksələn xətt üzrə inkişaf etməkdə olan münasibətlər kimi dəyərləndirib və deyib: "İki ölkə rəsmiləri müxtəlif mövzularda strateji səviyyədə yaxşı razılaşmalar əldə etdilər və bu gün Tehranda iki ölkə arasındakı əlaqələr üçün yeni bir yol xəritəsi təsvir edildi. Bu gün İran ilə Ermənistan arasında iqtisadi, turizm, ticarət və mədəni əməkdaşlığın, eləcə də siyasi əlaqələrin inkişaf etdirilməsi razılaşdırıldı".

Əmir Abdullahiyan Cənubi Qafqazdakı böhrana toxunaraq, qeyd etdi ki, qonşularımız böhranlı vəziyyətdən əziyyət çəkirlər və xüsusilə də bölgənin bəzi hissələrində sionistlərin və terrorçuların varlığı İran üçün ciddi narahatlıq yaradır.

Xarici işlər naziri Əmir Abdullahiyan, vurğulayıb: "Bu görüşdə yüksək səslə bəyan edirik ki, bəzi əcnəbi müdaxiləçilərin İranın Ermənistan da daxil, digər qonşuları ilə münasibətlərinə zərər verməsinə icazə verməyəcəyik". 

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da bu görüşdə İran İslam Respublikasına Ermənistanın ərazi bütövlüyünə yanaşmasına xatir təşəkkür edib və ölkəsinin bir daha Qarabağ münaqişəsi ilə bağlı Minsk qrupu çərçivəsində və mövcud prinsiplər əsasında danışıqlar prosesini davam etdirməyə hazır olduğunu bildirib.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*