?>
İran səfirinin BMT Təhlükəsizlik Şurası Prezidentinə yazdığı məktubda;

İran, BMT TŞ-sı Prezidentini İsrailin səhv hesablamaları və mümkün hərbi macəraları barədə xəbərdarlıq edib

İran, BMT TŞ-sı Prezidentini İsrailin səhv hesablamaları və mümkün hərbi macəraları barədə xəbərdarlıq edib

İsrail rejiminin bölgədəki sabitliyi pozan addımları və İranın nüvə proqramına qarşı gizli əməliyyatlarının uğursuz tarixi nəzərə alınmaqla, bütün təhdidləri və pozucu davranışları dayandırmaq üçün rejimlə mübarizə aparılmalıdır.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, İranın BMT -dəki daimi nümayəndəsi Məcid Təxt Rəvançi, İsrail rejiminin son təhdidlərinə cavab olaraq Təhlükəsizlik Şurasının hazırkı sədrinə yazdığı məktubda bildirib: "İsrail rejiminin İrana qarşı nüvə proqramı da daxil olmaqla, hər cür yanlış hesablamalar və mümkün hərbi macəraları barədə xəbərdarlıq edirik."

Məktubda deyilir: "Son bir neçə ay ərzində İsrail rejiminin təxribatçı və avantürist təhdidlərinin sayı və intensivliyi durmadan artır və qorxunc həddə çatıb".

Ən son hədə, "İranın nüvə proqramına qarşı əməliyyat planlarının genişləndiyini" və "İranın müxtəlif sahələrdəki imkanlarını məhv etmək əməliyyatlarının hər an davam edəcəyini" bildirən rejim qərargah rəisi tərəfindən edilib.

Bu rejimin 2021 -ci ildəki təhdidlərinə etirazımız 1 fevral, 12 aprel, 27 avqust və 14 sentyabrda BMT Təhlükəsizlik Şurasına göndərdiyimiz məktublarda öz əksini tapmışdır.

İsrail rejiminin Birləşmiş Millətlər Təşkilatının qurucu üzvlərindən birinə qarşı bu cür açıq sistemli təhdidlər yağdırması beynəlxalq hüququn, xüsusən də Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 2 (4) maddəsinin kobud şəkildə pozulmasıdır.

İsrail rejiminin "İranın imkanlarını məhv etməyə" davam etməsi, keçmişdə sülhməramlı nüvə proqramımıza qarşı törədilən terror hücumlarından məsul olduğunu şübhəsiz sübut edir.

İsrail rejiminin bölgədəki sabitliyi pozan addımları və İranın nüvə proqramına qarşı gizli əməliyyatlarının uğursuz tarixi nəzərə alınmaqla, bütün təhdidləri və pozucu davranışları dayandırmaq üçün rejimlə mübarizə aparılmalıdır.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*