?>

İran-Azərbaycan mədəni əlaqələri birgə əməkdaşlıq proqramı ilə inkişaf edəcək - İranlı nazir

İran-Azərbaycan mədəni əlaqələri birgə əməkdaşlıq proqramı ilə inkişaf edəcək - İranlı nazir

M.Esmailinin sözlərinə görə, İran və Azərbaycan arasında müştərək mədəniyyət, tarixi bağlar və tarixi böyük şəxsiyyətlər ölkələri bir-birinə bağlayan amillərdir.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, İran və Azərbaycan arasında mədəni əlaqələr iki ölkə arasında birgə əməkdaşlıq proqramının yaxın gələcəkdə imzalanması ilə inkişaf edəcək.

Bunu İranın mədəniyyət və islami irşad naziri Məhəmməd Mehdi Esmaili Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla birgə Tehranda baş tutan mətbuat konfransında deyib.
M.Esmailinin sözlərinə görə, İran və Azərbaycan arasında müştərək mədəniyyət, tarixi bağlar və tarixi böyük şəxsiyyətlər ölkələri bir-birinə bağlayan amillərdir. Buna əsasən əlaqələrin inkişafına mane ola biləcək hər bir maneədən keçəcəyik.

“Azərbaycanlı həmkarımla görüşdə qarşılıqlı səfərlərin həyata keçirilməsi, birgə film festivallarının təşkil olunması, məşhur şəxsiyyətlər haqda kinoların çəkilməsi və iki ölkənin tarixi əlaqələrinin inkişafına müsbət təsir göstərə biləcək digər məsələlər haqda müzakirələr apardıq”, - deyə o qeyd edib.


Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*