?>

İran-Ərəbistan danışıqları çox mühümdür

İran-Ərəbistan danışıqları çox mühümdür

BMT baş katibinin sözçüsü Stefan Ducarrik İran ilə Ərəbistan arasındakı danışıqları çox mühüm adlandırıb.

ABNA24 Xəbər Verir, Ducarrik belə söyləyib: İran ilə Ərəbistan arasındakı məşvərətlər son dərəcə mühüm və sədaqətlə desək, regionun təhlükəsizliyi üçün həyati əhəmiyyətə malikdir.

Ərəbistanın xarici işlər naziri Feysəl bin Fərhan Tehran-Ərriyad danışıqlarını təsdiq və ümidvarlıq etmişdi ki, danışlıqlar zamanı qarşılıqlı problemlər həll ediləcək.

İran xarici işlər nazirliyinin sözçüsü Səid Xətibzadə deyib ki, Ərəbistanla danışıqlar özünün ən yaxşı vəziyyətində davam edir.

Bir həftə bundan öncə keçirilən bu görüş İranda yeni dövlətin hakimiyyətə gəlməsindən sonra İran və Ərəbistan nümayəndələri arasında təşkil edilən ilk görüşdür.

İraq son zamanlar İran və Ərəbistan arasındakı gərginliklərin aradan qaldırılması üzrə danışıqlarda vasitəçi rolunu oynayıbdır.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*