?>

İrəvanın separatçı meylləri qızışdırması yolverilməzdir

İrəvanın separatçı meylləri qızışdırması yolverilməzdir

Azərbaycanın Xarici İşlər Nazirliyi bildirib ki, bu ölkə ərazilərində aqressiv separatçı meylləri qızışdırmaq cəhdləri qətiyyətlə dəf olunacaq.

ABNA24 Xəbər Verir, nazirliyin yaydığı bəyanatda bildirilir: Ermənistan baş naziri və bu ölkənin Xarici İşlər Nazirliyinin 2 sentyabr 2021-ci il tarixində Azərbaycanın Qarabağ bölgəsində separatçılığın təşviq olunmasına xidmət edən bəyanatlarını qətiyyətlə pisləyirik. 

Sənəddə daha sonra deyilir: Azərbaycanın tarixi və beynəlxalq hüquqi çərçivədə mövcud olan ərazilərinə qarşı əsassız iddialarından, tarixin saxtalaşdırılmasından əl çəkməyən, beynəlxalq hüquq prinsiplərini kobudcasına pozan, yürütdüyü təcavüz siyasət səbəbindən düşdüyü acınacaqlı vəziyyətdən nəticə çıxarmayan bir ölkənin heç bir çərçivəyə sığmayan bu davranışı yalnız xəstə təxəyyülün nəticəsidir.  Ermənistan rəsmiləri istədikləri qədər tarixi faktları və hüququ yanlış təqdim etməyə çalışa bilərlər, lakin bu, həqiqətləri dəyişməyəcək. Qarabağ Azərbaycanın tarixi ərazisidir, beynəlxalq tanınmış ərazilərinin ayrılmaz tərkib hissəsidir.

Bəyanatda vurğulanır ki, bölgədə yaranmış yeni reallıqlar fonunda Ermənistanın sərgilədiyi destruktiv davranşın nəinki heç bir perspektivi yoxdur, əksinə bu mövqe Ermənistanı səfalətə sürükləyir.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*