?>

İrəvanda müxalifət yürüşə başladı

İrəvanda müxalifət yürüşə başladı

Ermənistan müxalifəti hakimiyyətin istefası tələbi ilə yenidən İrəvanda yürüşə başlayıb.

ABNA24 Xəbər Verir , vətəndaşlar artıq yürüşdən sonra geniş mitinqin keçiriləcəyi “Fransa” meydanına toplaşmağa başlayıb.

 “Müqavimət” hərəkatının koordinatoru İşxan Saqatelyan bildirib ki, onların məqsədi dəyişməyib – ölkə rəhbərliyi istefa verməyənə kimi vətəndaş itaətsizliyi aksiyaları davam edəcək.

“Biz nümayişə başlayır, yolları, küçə və yolayrıcılarını bağlamağa hazırlaşırıq. Biz etiraz aksiyalarına davam edirik”, - o deyib.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*