?>

İqtisadi Əməkdaşlıq Təşkilatı dövlətlərin XİN başçıları sabah Tehrana səfər edəcəklər

İqtisadi Əməkdaşlıq Təşkilatı dövlətlərin XİN başçıları sabah Tehrana səfər edəcəklər

Sabah - mayın 23- İran İslam Respublikası İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) ev sahibliyi edəcək.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, sabah - mayın 23- İran İslam Respublikası İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) ev sahibliyi edəcək.

İqtisadi Əməkdaşlıq Təşkilatının gündəliyində olan məsələlər və təşkilatın fəaliyyətinin gücləndirilməsinə dair müzakirələrin aparılması məqsədilə, İƏT-ə üzv dövlətlərin XİN başçıları və müavinlərinin Tehrana səfəri çərçivəsində tədbir keçiriləcək.

Qeyd edək ki, İqtisadi Əməkdaşlıq Təşkilatı, (İƏT) - 1985-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən yaradılıb. Qurum üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasından ibarətdir. Şura təşkilatın fəaliyyət siyasətini, Regional Planlaşdırma Şurasını, Müavinlər Şurasını müəyyən edir. Mənzil-qərargahı Tehranda yerləşən Müavinlər Şurası İƏT ölkələri səfirlərindən ibarətdir.

İƏT-in kənd təsərrüfatı sahəsi; sənaye əməkdaşlığı; nəqliyyat və rabitə; infrastruktur və ictimai işlər; elm, təhsil və mədəniyyət; energetika; narkotik maddələrin yayılmaması məsələləri üzrə fəaliyyət göstərən 8 texniki komitəsi var. Komitələr ildə bir dəfə toplanır. İƏT Nazirlər Şurası da ən azı ildə bir dəfə yığıncaq keçirir.

1993-cü ildə BMT Baş Assambleyasının 48-ci sessiyasında İƏT BMT-də, 1994-cü ildə isə İslam Təşkilatı Konfransı nda müşahidəçi statusu alıb.

Quruma üzv olan ölkələr: “Azərbaycan, Əfqanıstan, İran İslam Respublikası, Qazaxıstan, Qırğızıstan, Pakistan İslam Respublikası, Özbəkistan, Tacikistan, Türkiyə, Türkmənistan Respublikasından ibarətdir.”

 

               

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*