?>

İqtisadçılar həyəcan təbili çalırlar

İqtisadçılar həyəcan təbili çalırlar

Son həftə ərzində türk lirəsi daha 3 faiz dəyər itirəməsi ilə yadda qalıb. Dollar 10 lirəyə qədər bahalaşıb.

ABNA24 Xəbər Verir, sentyabrın əvvəlində bir dollar 8.3 lirə təşkil edirdi. Bütün bunlar ölkədə davam edən kəskin inflyaisyanın fonunda baş verir. Belə ki, artıq Türkiyədə inflyasiya 20 faiz həddinə çatmaqdadır. Mərkəzi Bank isə faiz dərəcələrini aşağı salmaqla lirənin dəyərinin daha da itməsinə səbəb olur. Türk lirəsinin sürətlə dəyər itirməsi investorları öz sərmayələrini ölkədən çıxarmağa sövq etməkdədir. Onlar bildirirlər ki, ölkənin iqtisadi vəziyyəti getdikcə ağırlaşır.

Digər tərəfdən lirənin öz dəyərini itirməsində geopolitik amillər də mühüm rol oynayır. Belə ki, 10 qərb ölkəsinin səfirləri ilə yaranmış münaqişə də Türkiyənin iqtisadi vəziyyətinə mənfi təsir göstərir.

Bu arada lirənin kəskin ucuzlaşması digər ölkələrin valyutasına da təsirsiz ötüşməyəcək. Azərbaycanlı ekspert Qaşqay İsmayıl xəbərdarlıq edib ki, son dövrlər Türkiyə ilə iqtisadi əlaqələri daha da güclənən Azərbaycanda bu təsirlər özün göstərəcək. Onun fikrincıə, ilk baxışdan milli valyuta sarsılmaz görünsə də, ölkədəki iqtisadi böhran günbəgün dərinləşir. Belə olduğu halda, əlavə olaraq xarici təsirlər də manatın kursuna müəyyən təsir göstərə bilər.

İqtisadçı qeyd edib ki, Azərbaycanda ciddi iqtisadi təlatümlərin başlaması üçün əsas faktorlar çoxdandır yetişib.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*