?>

İqtisadçı-ekspert: “Əhali ciddi yoxsulluq təzyiqi ilə üz-üzə qalacaq”

İqtisadçı-ekspert: “Əhali ciddi yoxsulluq təzyiqi ilə üz-üzə qalacaq”

İqtisadçılar xəbərdarlıq edirlər; Azərbaycanda əhalinin güzəranı çətinləşə bilər.

ABNA24 Xəbər Verir,  iqtisadçı-ekspert Rəşad Həsənov maaşların artırılması fonunda qiymətlərin qalxmasının iqtisadiyyata təsirlərini Poliqon portalına şərh edərkən deyib: “Maaşların artırlması ilə yanaşı qiymətlərin artırılması iqtisadiyyatın sağlamlaşdırılması baxımından doğru addım deyil. Çünki belə olarsa, əhali ciddi yoxsulluq təzyiqi ilə üz-üzə qalacaq. Bu da arzuolunan deyil. Eyni zamanda bu iqtisadiyyatda əks effektlər yaradır.”

Xatırladaq ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib ki, gələn il əməkhaqqı orta hesabla 40-50 faiz, pensiyaların həcmində orta hesabla 40-45 manat artım olacaq.

Onun sözlərinə görə, 2022-ci ildə təqaüdlərin və sosial müavinətlərin bəzilərinin həcmində iki dəfəyə yaxın artımlar olacaq və ona görə də bahalaşma fonunda sosial rifahı qoruyan addımlar da atılmalıdır: “Milli Məclisdə gedən büdcə müzakirələri zamanı qeyd olundu ki, gələn ilin birinci yarısında bahalaşma tamamilə dayana bilər. Bu il inflyasiya orta hesabla 8-10 faiz həcmində idisə, gələn il 3-4 faizə qədər enə bilər və bu, qazancın xərci üstələməsi deməkdir”.

Bu elə bir haldadır ki, Tarif Şurasının qaz və işığın qiymətinə düzəliş etməsi adı altında onların qiymətini bahalaşdırması, eyni zamanda dövlət rüsumlarının artırılması insanların güzəranının müsbətə doğru dəyişəcəyini şübhə altında qoyub.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*