?>

İnqilab Rəhbərinin Qarabağ açıqlamasının əhəmiyyəti-TƏHLİL

İnqilab Rəhbərinin Qarabağ açıqlamasının əhəmiyyəti-TƏHLİL

İran İslam İnqilabı Rəhbərinin Qarabağ açıqlaması rəsmi Tehranın Azərbaycanın haqq mübarizəsinə yüksək səviyyədə dəstəyi kimi xarakterizə olunur.

ABNA24 Xəbər Verir, Azərbaycan-İran münasibətlərində yeni səhifə yaradacaq və yerli əhalinin sevgisinə səbəb olacaq mühüm hadisə noyabrın 3-də etdiyi çıxışında Həzrət Ayətullahül-uzma Xameneinin Azərbaycanın öz torpaqlarını azad etmək hüququna dəstək verməsi oldu. O Həzrət buyurdular: "Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş bütün torpaqları azad olunmalıdır. Bu müharibənin sonlanmasının əsas şərti Azərbaycan torpaqlarının özünə qaytarılmasıdır. Bu torpaqlar Azərbaycanındır və Azərbaycan Respublikadının öz torpaqlarını azad etmək yolundakı mübarizəsi onun haqqıdır"- Sitatın sonu. 

Bununla da Ali rəhbər Azərbaycanın öz torpaqlarını azad etmək yolundakı mübarizəsini haqq iş saymaqla rəsmi Bakını ən yüksək səviyyədə dəstəkləndiyini nümayiş etdirmiş oldu. Burada vacib mesaj odur ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını dərhal azad etməlidir. Ermənistan bunu könüllü etməyəcəyi təqdirdə Azərbaycanın işğalçıları hərbi yolla öz ərazisindən qovmağa haqqı var. Heç bir ölkə bu işdə Bakıya nə təzyiq edə bilər, nə də hər hansı şərtlər irəli sürə bilər. Torpaqlar azad edilmədiyi təqdirsə isə sülh və atəşkəsdən danışmaq yersizdir.   Digər tərəfdən, İranın Ali lideri Ermənistanı işğalçı kimi təqdim etməklə rəsmi İrəvana təzyiq göstərmiş oldu. İndi ola bilsin ki, Ermənistan hakimiyyəti onu işğalçı sayan İran Ali liderinin hansı gücə və nüfuza malik olmasını yaxşı başa düşdüyü üçün bu çıxışdan nəticə çıxaracaqdır.  

Aydın məsələdir ki, Həzrət Ayətullahül-uzma Xameninin bu çıxışı uzun illərə söykənən mövqedir və Ali lider əslində öz mövqeyini təkrarlamaqla İranı Azərbaycanın düşməni kimi təqdim etmək istəyənlərə sillə vurmuş oldu.

Bu günlərdə isə İranın nüfuzlu iki mərceyi-təqlid alimləri – Ayətullah Nuri Həmədani və Ayətullah Məkarim Şirazi Azərbaycana dəstək nümayiş etdirmiş və Ermənistanı işğalçılığa son qoymağa çağırmışdılar.  

Görünür, İran-Azərbaycan münasibətlərindəki dostluq, qardaşlıq və əməkdaşlıq prinsipləri indiki dövrdə yüksək səviyyədədir. Bunu iki ölkəni ən yüksək səviyyədə təmsil edən şəxslərinin müsahiblərindən də görmək mümkündür. Azərbaycanın İranla sərhəd ərazisinin Ermənistan işğalından azad edilməsi və prezident İlham Əliyevin iki ölkəni bu münasibətlə təbrik etməsi də buna bariz nümunədir.   Həmçinin İranla əməkdaşlıq məsələsi işğaldan azad edilən ərazilərlə bağlı da davam edəcək. Həmin ərazilərin bərpası prosesində İran şirkətlərinin iştirakı, qarşılıqlı ticarət, gediş-gəliş hər iki tərəfə fayda gətirəcək, ümumilikdə bölgənin sürətli inkişafına səbəb olacaqdır.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Qarabağ İslam Torpağıdır. Qarabağ Azərbaycanındır.
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!