?>
Avropa Xəbərləri – İngiltərə

İngiltərədə müsəlman nazir dini inancına görə işdən kənarlaşdırılıb

İngiltərədə müsəlman nazir dini inancına görə işdən kənarlaşdırılıb

“Kabinet dəyişikliyindən sonra partiya qrup rəhbərləri ilə görüşdə soruşdum ki, məni işdən çıxarmaq qərarının arxasında nə dayanıb. Mənə dedilər ki, Nazirlər Kabinetindəki toplantıda müsəlman qadın statusum gündəmə gətirilib və müsəlman qadın nazir kimi mövqeyim həmkarlarımı narahat edib...”

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, İngiltərə Mühafizəkarlar Partiyasının üzvü, aviasiya və dəniz nəqliyyatı üzrə dövlət naziri olmuş Nusrat Munir Ul-Qani yerli mətbuata 2020-ci ilin fevralında vəzifəsindən azad edilməsinin təfərrüatları barədə danışıb.

“Anadolu” xəbər agentliyinin məlumatına görə, o, haqqında qəbul edilən qərarın dini inancı ilə bağlı olduğunu bildirib.

“Kabinet dəyişikliyindən sonra partiya qrup rəhbərləri ilə görüşdə soruşdum ki, məni işdən çıxarmaq qərarının arxasında nə dayanıb. Mənə dedilər ki, Nazirlər Kabinetindəki toplantıda müsəlman qadın statusum gündəmə gətirilib və müsəlman qadın nazir kimi mövqeyim həmkarlarımı narahat edib. Onlar mənim İslamofobiya iddialarına qarşı partiyanı lazımi səviyyədə müdafiə etmədiyimi dilə gətirərək, sadiq olmadığımla bağlı narahatlıq keçiriblər”, -deyə sabiq nazir bəyan edib.

Bunu biləndən sonra “özünü alçaldılmış və gücsüz hiss etdiyini” ifadə edən Qani, məsələni gündəmə gətirməyə davam edərsə, “həmkarları tərəfindən təcrid olunacağı və karyerasının, nüfuzunun məhv ediləcəyi” xəbərdarlığından sonra susduğunu iddia edib.

Onun sözlərinə görə, baş verənlər partiyaya qarşı inamını sarsıdıb.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*