?>

İngiltərədə evsizlərin aclığı

İngiltərədə evsizlərin aclığı

İngiltərədə qida bankları evsizlərin qış fəslində qida təmini üzrə tələblərinə cavab verməkdə aciz qalmaqdan nigarandırlar.

SəhərAzəri-nin məlumatına əsasən, İngiltərə xeyriyyə mərkəzlərinin başçıları da ötən ildə kəskin iqtisadi problemlərlə üzləşən şəxslərin sayının artcağını gözləyirlər.

Bu məsələnin səbəbi, kreditlərin azalması, sığorta, həmçinin yanacaq və qida maddələri xərclərinin artmasıdır.

Qida banklarının başçıları qeyd ediblər ki, ehtimal üzrə yardım paketlərini azaltmağa və ya ac ailələri qəbul etməməyə məcbur olacaqlar. Onlar artan tələbləri təmin edə biləcəklərinə əmin deyillər.

Bu proses İngiltərədə koronavirusun omikron ştammının artması ilə daha böhranlı vəziyyət alıbdır.

Yüksək ötürücülük qabiliyyətinə malik olan omikron ştammına yoluxmanın yüksək dalğasına əsasən, İngiltərədə ictimai səhiyyə təşkilatının rəsmiləri özlərini yeni dalğaya hazırlayırlar.

Bu təşkilat koronavirus xəstələrinin ehtimal edilən dalğası ilə üzləşməyə hazırlaşmaq məqsədilə bütün İngiltərə xəstəxanlarında müvəqqəti infrastrukturlar yaratmaqdadır.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*