?>

İngiltərə ordusu hazır vəziyyətə gətirilib

İngiltərə ordusu hazır vəziyyətə gətirilib

İngiltərə ordusu bu ölkdəki yanacaq və benzin böhranı ilə bağlı ehtimal olunan hər hansı çaxnaşma ilə mübarizə üçün hazır vəziyyətə gətirilib.

ABNA24 Xəbər Verir, Yanacaqdoldurma məntəqələrinin boşalmasının və çox sayda avtomobilin yanacaq ehtiyatı üçün yanacaqdoldurma məntəqələrinə hücumundan sonra İngiltərə hökuməti bu gün ordudan hazır vəziyyətə gəlməsini istəyib.

İngiltərə ordusunun tankerlərinin sürücüləri də bu gün yanacaqdoldurma məntəqələrinə yarıdm üçün xüsusi təlimlər alırlar.

Şənbə günü yanacaq çatışmazlığı səbəbindən yanacaqdoldurma məntəqələrindən bəzilərinin bağlanmasından sonra başlanan İngiltərədəki yanacaqdoldurma məntəqələri qarşısındakı uzun sıralar davam etməkdədir.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*