?>

İngilab Rəhbəri: Əcnəbilərə etimad etmək olmaz

İngilab Rəhbəri: Əcnəbilərə etimad etmək olmaz

İslam İnqilabının Böyük Rəhbəri vurğulayıblar ki, əcnəbilərə etimad etmək və onların açılışına ümid bəsləmək olmaz

ABNA24 Xəbər Verir, İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei bu gün üç hakimiyyətin başçıları, həmçinin Ali İqtisadi Koordinasiya Şurasının digər üzvlərilə görüşdə sanksiyaları Amerikanın və onun avropalı şəriklərinin İran xalqına qarşı cinayəti və acı bir gerçəklik adlandırıb və belə qeyd ediblər: Bu cinayət illər boyudur ki, İran xalqına qarşı törədilir, amma son üç ildə daha da şiddətlənibdir.

Həzrət Ayətullahuluzma Xamenei sanksiyaları təsirdənsalma və onlar üzərində qələbə yoluna işarə edərək, deyiblər: Bu yol işin əvvəlində çətinliklər və problemlərlə malik ola bilər, amma səy, təşəbbüs və problemlərə sinə gərməklə bu sanksiyalar üzərində qələbə çalmaq olar və qarşı tərəf sanksiyaların təsirdən düşdüklərini görərək, tədricən sanksiyadan əl çəkəcəkdir.

O həzrət xaricdən bir açılışın olmayacağını əsas götürməyin lazım olduğunu bildirərək, vurğulayıblar: Bəzilərinin ümid gözü ilə baxdıqları kəslərin daxili şəraiti heç bir vəchlə aydın deyildir və onların sözlərinə əsaslanıb, tədbir tökmək olmaz.

Həzrət Ayətullahuluzma Xamenei həmçinin üç Avropa ölkəsinin son cəfəngiyyatlarına işarə edərək, söyləyiblər: Onlar, özlərinin region məsələlərinə ən çox qeyri-düzgün müdaxilələrinə rəğmən, İrana deyirlər ki; «regiona müdaxilə etməyin». İngiltərə və Fransanın dağıdıcı atom silahlarına malik olduqları, Almaniyanın da bu yolda qərar tapdığı bir halda, İran İslam Respublikasına deyirlər ki, raketiniz olmasın.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Qarabağ İslam Torpağıdır. Qarabağ Azərbaycanındır.
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!