?>
Qarabağ İslam Torpağıdır

İmam Zamana (ə) Fars dilində təvəssül edən hərbiçi Az. Ordusunun sağ salamat evə dönməsini istəyir – Video

Talış Bölgəsinin cəngavərləri “Allahu Əkbər!”, Ya Zəhra!, Ya Zeynəb!,“Ya Əli! Ancaq İrəli!”, “Ləbbeykə Ya Hüseyn!”, “Ləbbeykə Ya Əli!”, “Allah! Muhəmməd! Ya Əli! Kimdir Axı Erməni!” nərələri ilə erməni üzərinə şığıyıb torpaqları azad edir, şəhid olduqdan sonra da Talış Xalqı tərəfindən böyük izdiham və dini rituallarla, cuşi mərsiyələrlə torpağa basdırılırdılar...


Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, cöğrafi ərazisinə görə dünyanın ən kilidli məntəqəsində yer alan Azərbaycan Respublikası daim istismarçı qüvvələr tərəfindən talan olunmağa məruz qalıb. Şiə Azərbaycan Xalqının milli və dini dəyərlərinin aradan aparılması və Qarabağın işğal edilməsi də məhz bu talan siyasətinin davamıdır...

Birinci Qarabağ Müharibəsində müvəqqəti naliyyətlər əldə etməyi bacaran düşmən qüvvələri İkinci Qarabağ Müharibəsində bunu tam bacara bilmədilər. Azərbaycan Respublikasının mömin və dinini sevən xalqı əl-ələ verərək düşmənin hiylələrini puça çıxartdılar. Azərbaycanda yaşayan bütün xalqlar canla-başla vətənin keşiyində durmağı özlərinə borc bildilər...

Azərbaycan Respublikasının Talış Bölgəsi Birinci Qarabağ Müharibəsində olduğu kimi İkinci Qarabağ Müharibəsində də böyük əzimkarlıqlar nümayiş etdirdi...

Talış Bölgəsinin cəngavərləri “Allahu Əkbər!”, Ya Zəhra!, Ya Zeynəb!,“Ya Əli! Ancaq İrəli!”, “Ləbbeykə Ya Hüseyn!”, “Ləbbeykə Ya Əli!”, “Allah! Muhəmməd! Ya Əli! Kimdir Axı Erməni!” nərələri ilə erməni üzərinə şığıyıb torpaqları azad edir, şəhid olduqdan sonra da Talış Xalqı tərəfindən böyük izdiham və dini rituallarla, cuşi mərsiyələrlə torpağa basdırılırdılar...

İkinci Qarabağ Müharibəsində xüsusi igidlikərlə döyüşən cəngavərlərdən biri də, videoda müşahidə edəcəyiniz Lənkəran rayon, Qamov-istisu qəsəbə sakinidir. O, Qarabağ meşəliyində, düşmən qüvvələrinin işğalından azad etdiyi çayın kənarında, İmam Zaman həzrətlərinə (Allah Təala Onun şərəfli zühurunu tezləşdirsin) Fars dilində təvvəsül edərək, əsgərlərin döyüşdən sağ-salamat geriyə, evlərinə dönməsini diləyir...

 

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*