?>
İlahi İncilərin Nur Sil-Siləsi

İmam Xomeyninin həyatına qısa baxış – Video

1965-ci ilin 4 noyabrında Türkiyəyə sürgün edildi. İmam Xomeyni bir müddət orada qaldıqdan sonra İranın bu ölkəyə təzyiqindən sonra İraqa keçdi və Nəcəf şəhərinə yerləşdi. Burada 13 il sürgün həyatı keçirir. İranın İraqa təzyiqindən sonra Xomeyni bu ölkədən 1357-ci il, 14 Mehr ayında (1978-ci il, 6 Oktyabr) Fransaya köçmüş və Parisdən 35 km qırağda yerləşən Nofl-le-Şato şəhərciyində cəmi 116 gün (4 aya yaxın) yaşamışdır.


Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, 15 Xordad (4 İyun) İslam İnqilabının Banisi İmam Xomeyni həzrətlərinin fani dünya ilə vidalaşıb Əbədiyyətə qovuşan günüdür.

İmam Xomeyni həzrətlərinin həyatına qısa baxış:

Ruhullah Mustafavi Musəvi Xomeyni 1902-ci ildə sentyabr ayının 24-də İranın Xomeyn şəhərində anadan olmuşdur. 5 aylığında ikən atası Seyyid Mustafanı, 15 yaşında isə anasını itirmişdir.

Uşaq yaşlarından başlayaraq dini mədrəsələrdə ərəb dili və ədəbiyyatı, məntiq, fiqh, üsul və başqa elmləri öyrənmişdir.

1919-cu ildə Ərak Elmiyyə Mədrəsəsinə qəbul olunan Xomeyni burada bir müddət təhsil aldıqdan sonra Qum şəhərində Elmiyyə Mədrəsəsinə daxil olmuşdur. Fiqh və üsul dərslərində müvəffəqiyyət qazanaraq qısa zamanda ictihad (müctəhidlik) dərəcəsini əldə etmişdi.

Ayətullah Xomeyni fəlsəfə, təhzibi nəfs və əxlaq kimi fənlərdən dərs deməyə başlamış və tanınmış Qum alimləri arasında yer almış, sonralar isə fiqh və üsul dərslərinin məşhur müəllimlərindən biri olmuşdur. Xomeyni o dövrdə hökumət əleyhinə olan şəxslərlə əməkdaşlıq edərək Rza şaha və Pəhləvi sülaləsinə qarşı mübarizə aparırdı.

O, 1958-ci ildə əyalət və vilayət cəmiyyətlərinin qurulması və şahın qəbul etdiyi altı maddəlik qanunun qüvvəyə minməsi ilə şah rejimi əleyhinə ciddi şəkildə mübarizəyə başladı.

1961-ci il 5 iyunda baş verən qanlı hadisədən sonra rejim əleyhinə söylədiyi bir nitqinə görə həbs edilərək Tehrandakı İşretabad hərbi həbsxanasında saxlanılır.

1965-ci ilin 4 noyabrında Türkiyəyə sürgün edildi. İmam Xomeyni bir müddət orada qaldıqdan sonra İranın bu ölkəyə təzyiqindən sonra İraqa keçdi və Nəcəf şəhərinə yerləşdi. Burada 13 il sürgün həyatı keçirir.

İranın İraqa təzyiqindən sonra Xomeyni bu ölkədən 1357-ci il, 14 Mehr ayında (1978-ci il, 6 Oktyabr) Fransaya köçmüş və Parisdən 35 km qırağda yerləşən Nofl-le-Şato şəhərciyində cəmi 116 gün (4 aya yaxın) yaşamışdır. Ölkəsindən çox uzaqda olmasına baxmayaraq Xomeyninin səs yazıları hər həftə İrana gətirilərək müxtəlif məkanlarda dinlənilirdi.

1357-ci il, Bəhmən ayının əvvələrində (1979-cu ilin Yanvar ayının sonlarında) şahın Tehranı tərk etməsindən sonra 1357-ci ilin Bəhmən ayının 12-də (1979-cu ilin 1 Fevralında) Ayətullah Xomeyni İrana qayıtmış və faktiki olaraq ölkənin liderinə çevrilmişdir. Bununla belə, Tehranda yaşamaq istəməyərək, ömrünün sonunadək dövləti Qumdakı kiçik mənzilindən idarə etmişdir.

Həyatı boyu Amerika Birləşmiş ştatları və İsrailə düşmən münasibətləri sərgiləmiş, İsrail zülmünə qarşı Fələstinə və Livana maddi və hərbi dəstək vermişdir.

1989-cu ildə 4 iyun tarixində Tehran şəhərində vəfat etmişdir.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*