?>
Beynəlxalq Qüds Günü2021-ci İl

İmam Xameneinin Beynəlxalq Qüds günü münasibətilə etdiyi çıxışının tam təfərrüatı

Allahın adı ilə irəliləyin və bilin ki, "Allah [dininin] kömək etdiyi kimsəyə kömək edir."

İmam Xameneinin Beynəlxalq Qüds günü münasibətilə etdiyi çıxışının tam təfərrüatı

Bu tələb, dünyada qəbul edilmiş və heç kimin onun mütərəqqi olmasında şübhə edə bilməyəcəyi hakim demokratiyaya əsaslanır. Fələstinli mücahidlər, qəsbkar rejimə qarşı olan qanuni və mənəvi mübarizələrini bu tələbi (referendumun keçirilməsini) qəbul etmək məcburiyyətində qalana qədər davam etdirməlidirlər.

Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, Ümümdünya Müsəlmanlarının Ali Lideri Ayətullah Seyid Əli Xamenei Cümə Gün Beynəlxalq Qüds günü ilə bağlı çıxış edib.

ABNA saytının redkasiya üzvü İmam Xamenei həzrətlərinin həm ərəb həm də fars dilində etdiyi çıxışının tam sürətini siz əzizlərə təqdim edir.

İmam Xamenei həzrətlərinin Fars dilində etdiyi çıxışının tam mətni:

Bismillahir Rahmənir Rahim

Əlhəmdu lilləhi Rəbbil aləmin. Və ssəlatu və ssəlamu ələ seyyidinə Muhəmmədin Xatəmi Nnəbiyyinvə əşrəfil xəlqi əcməin və ələ Alihi teyyibinə ttahirin və səhbihil müntəcəbin və mən təbəəhum bi ihsanin ilə yovmuddin.

Fələstin məsələsi İsllam Ümməti arasında günün ən aktula məsələsi olaraq qalmaqdadır. Zalım və qaniçən kapitalist rejimlərin siyasətləri, bir milləti öz doğma evindən və ata-babalarının yurdundan didərgin salmış, onların yerində isə gəlmələrdən ibarət olan bir terrorçu rejimi yaratmışdır.

Sionist rejimin qurulmasının boş məntiqindən daha zəif və əsassız nə var? Avropalılar, II Dünya Müharibəsi illərində yəhudilərə zülm etdiklərini iddia edirlər, buna görə yəhudilərin qisasını almaq üçün Qərbi Asiyadakı bir milləti öz ata-baba yurdundan didərgin salmalı və bu ölkədə vəhşiliklər törədilməli, kütləvi qırğınlar edilməlidirlər...!

Bu həmin o məntiqdir ki, Qərb hökumətləri ona əsaslanaraq sionist rejimə sarsılmaz və dəlicəsinə dəstəyini nümayiş etdirirlər. Və bununla da bütün yalançı iddialarını insan haqları və demokratiya adı ilə saxtalaşdırırlar. Və bu gülməli və ağlamalı hekayə yetmiş ildən çoxdur davam edir və hər bir neçə ildən bir bu acı həyat səhifəsinə bir səhifə də əlavə olunur.

Sionistlər ilk gündən işğal etdikləri Fələstin torpaqlarını terror mərkəzinə çevirdilər. İsrail bir ölkə kimi hesab olunmur, Fələstin və digər müsəlman millət və xalqlarına qarşı bir terror qarnizonudur. Bu qaniçən rejimə qarşı mübarizə etmək, zülmə qarşı mübarizə və terrorizmlə mübarizədir; və bu bir ictimai vəzifədir.

Diqqət çəkən ən əsas nöqtələrdən biri də budur ki, qəsbkar hökumət 1948-ci ildə qurulsa da, İslam bölgəsindəki bu həssas məntəqəyə müdaxilə hazırlıqları illər öncə başlamışdı. Bu illər Qərbin dünyəviliyi, sekulyarizimi, kor və radikal millətçiliyi, Qərbin ovsunladığı və ya idarə etdiyi avtoritar hökumətləri hakimiyyətə gətirmək üçün İslam ölkələrinə aktiv müdaxiləsi ilə üst-üstə düşür. O illərdə İran, Türkiyə və Qərbi Asiyanın Ərəb ölkələrindən tutmuş ta Şimali Afrika ölkələrində baş verən hadisələr haqqında mütaliə və araşdırmalar apardıqda bu acı həqiqəti aşkar edirik ki, müsəlman ümmətindəki zəifliyin və parçalanmanın ucbatından idi ki, Fələstinin faciəvi şəkildə qəsb edilməsinin zəminəsi yarandı. Və bu hegemon və istikbarçı qərb dünyası tərəfindən İslam ümmətinə vurulan ağır zərbə idi.

O dövrdə həm kapitalizm, həm də kommunizm düşərgələrinin sionist Qarun sərmayədarları ilə sövdələşmələri ibrətamizdir; İngiltərə sui-qəsd qurdu və təqib etdi, sionist kapitalistlər bunu pul və silahla həyata keçirtdi və Sovet İttifaqı, qanunsuz dövlətin qurulmasını rəsmiləşdirən və oraya çox sayda Yəhudini göndərən ilk hökumət idi.

Qəsbkar rejim, bir tərəfdən İslam dünyasındakı vəziyyətin, digər tərəfdən avropalıların bu sui-qəsd və təcavüzünün məhsulu idi.

Bu gün dünya əvvəlki kimi deyil; Bu həqiqəti daima unutmamalıyıq. Bu gün güclərin nisbəti İslam dünyasının lehinə dəyişib. Avropada və ABŞ-da baş verən müxtəlif siyasi və sosial hadisələr, Qərbin dərin struktur, idarəetmə və mənəvi zəifliklərini dünyaya ifşa etdi. ABŞ-dakı seçki hadisələri və təkəbbürlü idarəçilərinin qalmaqallı sınağı, eyni zamanda ABŞ və Avropada karonavirusa qarşı bir il ərzində düçar olduqları uğursuzluqları və onunla bağlı baş verəən utandırıcı olay və qarşıdurmalar və son zamanlarda Avropanın həssa və əhəmiyyətli ölkələrində baş verən siyasi və sosial qarışıqlıqlar bütün bunların hamısı Qərb düşərgəsinin tənəzzül əlamətləridir.

Digər tərəfdən, ən həssas İslam bölgələrində müqavimət qüvvələrinin inkişafı və böyüməsi, onların müdafiə və hücum qabiliyyətlərinin artması, müsəlman xalqlarda özünəməxsus şüurun və motivasiyanın və ümidin artması, İslam və Quran şüarlarına olan meyillərin artması, elmin inkişafı, xalqlarda müstəqilliyin və özünə güvənmənin böyüməsi və inkişaf edib artması, bütün bunlar mübarək əlamətlərdir ki, daha da yaxşı bir gələcəkdən xəbər verir.

Bu mübarək gələcəkdə müsəlman ölkələrinin inteqrasiyası əsas hədəf olmalıdır və bu, çox da uzaq görünmür. Bu artımın mərkəzində bütün ölkə mənasını verən Fələstin və Müqəddəs Qüdsün taleyi durur. Bu, dahi İmam Xomeyninin (Allah ona rəhmət etsin) nurani qəlbini Ramazan ayının son cümə günü “Beynəlxalq Qüds Günü” elan etməyə vadar edən həqiqətdir.

Müsəlmanların müqəddəs Qüds oxu ətrafında əməkdaşlıq etmələri, sionist düşmənləri və onların Amerika və Avropalı tərəfdarları üçün bir kabusudur. "Əsrin müqaviləsi"  adlı uğursuz planı və sonra bir neçə zəif ərəb dövlətinin qəsbkar rejim ilə münasibətlərinin normallaşdırmaq cəhdi, bu kabusdan qaçmaq üçün çıxılmaz və çarəsiz bir cəhdlərdir.

Gələcəyi iki mühüm amil müəyyənləşdirir: birincisi - daha da əhəmiyyətlisi olan - Fələstin əraziləri daxilində müqavimətin davam etməsi və cihad və şəhidlik xəttinin güclənməsi, ikincisi, dünyadakı müsəlman hökumətlərin və millətlərin Fələstin mücahidlərinə qlobal dəstəyidir .

Hamımız - dövlət adamları, ziyalılar, din alimləri, partiyalar və qruplar, qeyrətli gənclər və digərlər sinif nümayəndələri - bu qlobal hərəkatda mütləq yerimizi tapmalı və rol oynamalıyıq. Bu həmin o şeydir ki, düşmənin məkirli planlarını batil edir. Bunun üçün İlahi vəd verilibdir:

 اَم یُریدونَ کَیدًا فَالَّذینَ کَـفَروا هُمُ المَکیدون،  “Yoxsa onlar bir tələ qurmaq istəyirlər?! Tələyə düşəcək olanlar məhz kafirlərdir.” (Qurani Kərim, Tur sürəsi, ayə 42.)

Axirə zamanın bariz nümunəsini yaradan da budur:

  وَ اللهُ غالِبٌـ عَلی اَمرِه؛ وَلـّْکِنَّ اَکـثَرَ  النّاسِ لا یَعـلَمونَ.

Və Allah Öz işini gerçəkləşdirməyə qadirdir, lakin insanların çoxu (bunu) bilməz. (Qurani Kərim, Yusif sürəsi, ayə 21.)

Vəssəlamu əleykum və rəhmətullah və bərəkatuh

 

İmam Xamenei həzrətlərinin Ərəb dilində etdiyi çıxışının tam mətni

İndi isə Ərəb cavanları ilə onların ana dilində danışmaq isdərdim:

Bismillahir Rahmənir Rahim

Gənclər başda olmaqla bütün Ərəb azadələrinə Salam olsun! Fələstin və Qüdsün müqavimətçi xalqına və Məscidi-Əqsa ilə əlaqədar hər bir kəsə Slam olsun!.

Müqavimət şəhidlərinə və bu yolda canlarını fəda etmiş mücahid dəstələrə Salam olsun! Xüsusilə şəhid Şeyx Əhməd Yasin və şəhid Seyid Abbas Musəvi və şəhid Fəthi Şəqaqi və şəhid Emad Muğniyyə və şəhid Əbdül Əziz Rantisi və şəhid Əbu Mehdi əl-Mohandes və nəhayət müqavimət şəhidlərinin görkəmli xadimi Şəhid Qasim Soleimaniyə. Onların hər biri bərəkətli və mübarək həyatlarından sonra şəhid olduqdan sonra da Müqavimət mühitində vacib və əhəmiyyətli təsirlər qoydular.

Fələstinlilərin mübarizəsi və müqavimət şəhidlərinin saf qanı bu mübarək bayrağı ucaldıb və Fələstin cihadının daxili gücünü yüz dəfə artıra bildi; Bir gün fələstinli gənc daş ataraq özünü müdafiə edirdisə, amma bu gün düşmənə nöqtəni vura bilən raket ataraq cavab verir.

Qurani Kərimdə Fələstin və Qüds "Müqəddəs Torpaq" olaraq adlandırılır. On illərdir bu pak torpaq ən murdar və ən pis insanlar tərəfindən işğal edilmişdir; Şərəfli insanların qanın tökən, öldürən və sonra da həyasızlıqla buna etiraf edən şeytanlar tərəfindən. Yetmiş ildən çoxdur ki, ev sahiblərini qətl, talan, həbs və işgəncə ilə əzablandıran faşistlər tərəfindən işğal edilmişdir. Amma şükürlər olsun ki, fələstinlilərin iradələrini ram edib, qıra bilmədilər.

Fələstin yaşayır və cihadı davam etdirir və Allahın köməyi ilə nəhayət bu pis düşməni məğlub edəcəkdir. Müqəddəs Qüds və bütün Fələstin orada yaşayan Fələstin xalqına aiddir və onlara qayıdacaq, İnşaAllah "Bu da Allah üçün çətin deyil".

Fələstin məsələsində, bütün müsəlman dövlətlərin və millətlərin vəzifə və məsuliyyətləri var, lakin mübarizələrinin mərkəzində bu gün ölkə daxilində və xaricində təxminən on dörd milyona sahib olan Fələstinlilərin özləri durur. Bu ictimaiyyətin birliyi və əzmi böyük bir iş görə biləcək qüdrətinə malikdir. Bu gün birlik Fələstinlilərin ən böyük silahıdır.

Fələstin birliyinin düşmənləri sionist rejim, ABŞ və bəzi digər siyasi güclərdir, lakin Fələstin icması daxildən parçalanmasa, xarici düşmənlər heç bir şey edə bilməyəcəklər. Bu birliyin özəyi daxili cihad və düşmənlərə inamsızlıq olmalıdır. Fələstinlilərin əsil düşməni, yəni ABŞ, İngiltərə və sionist xəbisləri gərək ki, Fələstin siyasətinin əsas və dayaqı olmamalıdır.

Fələstinlilər - istər Qəzza, Qüds və İordan çayının qərb sahilində, istər 1948-ci ildə verilmiş ərazilərdə, istərsə də qaçqınlar düşərgələrində - hamısı bir vəhdət təşkil verməli və birlik strategiyasını davam etdirməlidirlər; Hər bölmə digər bölmələri müdafiə etməli və onlara təzyiq göstərilərkən buna qarşı  əlindəki vasitələrdən istifadə etməlidir.

Qələbə ümidi bu gün hər zamankından daha böyükdür; Artıq güc tarazlığı fələstinlilərin xeyrinə xeyli dəyişmişdir; sionist düşmənləri ildən-ilə zəifləyirlər; özünə "heç vaxt məğlub olmayacaq bir ordu" deyən ordu, bu gün Livanda 33 gün, Qəzzada 22 gün və 8 günlük müharibə təcrübəsindən sonra "zəfərin rəngini belə görməyəcək" bir orduya çevrilib. Çarəsizlik ucbatından iki il ərzində dörd seçki ilə nəticələnən siyasi vəziyyəti, davamlı olaraq uğursuz olan təhlükəsizlik durumu və yəhudilərin geri, gəldikləri ölkələrə köç edib qaytmaqları, bütün bunlar başından böyük iddialar edən rejimin rüsvayçılığına səbəb oldu. ABŞ-ın köməkliyi ilə bir neçə ərəb ölkələrilə əlaqələrini normallaşdırma cəhdinin davam etməsi sionist rejimin zəifliyinin başqa bir əlamətidir; Əlbətdə bu da ona kömək etməyəcək. Misirlə on illər bundan əvvəl qurulmuş əlaqələr; O vaxtdan bəri sionist rejim daha həssas və zəif hala gəlib düşmüşdür; bununla belə bir neçə zəif və həqir ölkə ilə münasibətlər ona kömək edə biləcəkmi? Əlbətdə ki, bu ölkələr də bu əlaqədən faydalanmayacaqlar; sionist düşmənlər onların mülklərini və ya torpaqlarını ələ keçirəcək və aralarında fitnə və sabitsizliyi yayacaqdır.

Bəli, bu həqiqətlər başqalarının bu hərəkata qarşı olan ağır vəzifələrini unutdurmamalıdır; Müsəlman və xristian alimlər mütləq sionist rejimi ilə normallaşmanı şərən haram elan etməli, ziyalılar və azadələr bu xəyantin nəticəsini ki, Fələstinə arxadan vurulan bir xəncərdir, hər kəsə izah etməlidirlər.

Rejimin tənəzzülünün müqabil tərəfində isə parlaq gələcəyi xəbər verən müqavimət cəbhəsinin qüdrətinin yüksəlməsidir. Müdafiə qüdrətinin və hərbi gücün artması, təsirli silahların istehsalında özünü təmin etmək həddinə gəlib çatması, mücahidlərin özünə inamı, günü-gündən gənclər arasında özünüdərketmənin artması və müqavimət dairəsinin Fələstin daxilində və xaricində yayılması, Məscidi-Əqsanı müdafiə edən gənclərin son qiyamı və Fələstin xalqının mübarizəsinin və onlar məzlumiyyətinin bir çox dünya ictimaiyyəti arasıda əks səda salması.

İslam Respublikası tərəfindən BMT sənədlərində sənədləşdirilmiş Fələstin mübarizəsinin məntiqi də mütərəqqi və cəlbedici bir məntiqdir; Fələstinli mübarizlər Fələstinin yerli xalqı və sakinləri arasında referendum keçirilməsini açıqlayıb, tələb edə bilərlər. Bu referendum ölkənin siyasi sistemini müəyyənləşdirəcək və Fələstinli qaçqınlar da daxil olmaqla burada yaşayan bütün etnik və dinlərin davamçıları referendumda iştirak edəcəklər; O siyasi sistem, (admin: Referendumdan sonra yaranacaq siyasi dövlət nəzərdə tutulur) məcburi köçkünləri geriyə, vətənlərinə qaytarır və Fələstinə gələrək burada özlərinə yaşayış yeri seçən yadelli sakinlərin taleyini təyin edir.

Bu tələb, dünyada qəbul edilmiş və heç kimin onun mütərəqqi olmasında şübhə edə bilməyəcəyi hakim demokratiyaya əsaslanır. Fələstinli mücahidlər, qəsbkar rejimə qarşı olan qanuni və mənəvi mübarizələrini bu tələbi (referendumun keçirilməsini) qəbul etmək məcburiyyətində qalana qədər davam etdirməlidirlər.

Allahın adı ilə irəliləyin və bilin ki, "Allah [dininin] kömək etdiyi kimsəyə kömək edir."

Xəbərin sonu / 167

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*