?>
Ali Təqlid Mərcələrinin Xəbərləri

İmam Xamenei, Məkarim Şirazi və digər 5 müctehid Mayın 13-çü, 2021 tarixi Fitr Bayramı elan ediblər

İmam Xamenei, Məkarim Şirazi və digər 5 müctehid Mayın 13-çü, 2021 tarixi Fitr Bayramı elan ediblər

Ayətullah Məhfuzi: Bucnerd, İsfəhan, Şiraz şəhərlərində Şəvval ayının hilalı adi gözlə teleskopsuz görünüb. Buna görə də, 13 amy 2021 tarix Şəvval ayının biri və Fitr Bayramıdır. Bütün mömin və möminələri bu münasibətlə təbrik edir və ibadət və itaətlərinin qəbul olmasını dilməklə yanaşı hamınızdan istəyirəm ki, karonavirusun şərrinin tezliklə aradan qaldırılması üçün dua edəsiniz.

Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, 13 may 2021 tarixin Fitr Bayramı olmasını Ümümdünya Müsəlmanlarının Ali Lideri Ayətullah Seyyid Əli Xamenei cənabları ilə yanaşı daha 6 Təqlid Mərcəsi (müctehid) də elan etdi.

İslam Dünyasının Ali Təqlid Mərcələrindən olan Ayətullah Safi Gülpəyqani, Ayətulla Məkarim Şirazi, Ayətulla Nuri Həmədani, Ayətulla Hüseyni Hairi, Ayətulla Məhfuzi, Ayətulla Gerami Qumi həzrətləri də 13 May 2021 tarixi Fitr Bayramı elan ediblər.

Müctehidlərin bu barədə verdikləri bəyanatı təqdim edirik:

Ayətullah Safi Gülpəyqani

Bu barədə Ayətullah Safi Gülpəyqaninin ofisindən verilən elanın tam mətni belədir:

Bismihi Təala

Səadətli Fitr Bayramı münasibəti ilə bütün İslam Ümmətini və dəyərli oruc tutanları təbrik edir və möminlərin nəzərinə çatdırılır ki, 1442-ci H.Q-ri tarixi ilə Şəvval ayının ilk günü Ayətullah Safi Gülpəyqani üçün sabit olub. Bu səbəbdən də 13 may 2021 tarix Şəvval ayının ilk günü və Fitr Bayramıdır.

Bu böyük Bayramı hamınıza təbrik etməklə yanaşı, edəcəyiniz dualarda ilk öncə İmam Zaman həzrətlərinin (canımız Ona qurban olsun) şərəfli zühurunun tezləşməsini, İslam Ümməti və Əhli Beyt (əleyhimus səlam) Şiələrinin Əzəmətinin artmasını i Allah Təaladan istəməyinizi xahiş edirik.

Ayətullah Safi Gülpəyqaninin Dəftəri

 

Ayətullah Məkarim Şirazi

Bu barədə Ayətullah Məkarim Şirazinin ofisindən verilən elanın tam mətni belədir:

Bismihi Təala

Mömin bacı və qardaşlarımızın diqqətinə çatdırırıq ki, Ayətullah Uzma Məkarim Şirazinin fərmanı ilə ötən günün qürub vaxtının ilkin anlarından başlayaraq Şəvval ayının ilk günü ayının görünməsi ilə bağlı təyin olunan nümayəndələrin, habelə ölkənin daxilində və xaricində bu işlə məşğul olan digər etibarlı şəxslərin verdikləri raportlar diqqətlə yoxlanılsın.

Bu əhəmiyyətli iş üzərində aparılan tədqiqat çox vaxt apardı. Sonda Ayətullah Məkarim Şirazi üçün Fitr bayramı olduğu sabit oldu. Bu səbəbdən də, 13 may 2021 tarix Hicri qəməri tarixi ilə 1 Şəvval 1442-ci ildir.

Allah Təala möminlərin ibadət və itaətlərini qəbul etsin. Bayramınız mübarək!

 

Ayətullah Nuri Həmədani

Bu barədə Nuri Həmədaninin ofisindən verilən elanın tam mətni belədir:

Bismihi Təala

Mömin və möminələrin ibadət və itaətlərinin qəbul olması ümüdi ilə.

Müxtəlif etibarlı şəxslərin Şəvval ayının görünməsi ilə bağlı verdikəri raportlara üyğün olaraq Ayətullah Nuri Həmədani üçün Şəvval ayının görünməsi sabit oldu.

Buna əsasən də Ayətullah Nuri Həmədani 13 may 2021 tarixi Şəvval ayının ilk günü və Fitr Bayramı olduğunu bildiriblər.

Ayətullah Nuri Həmədaninin ofisi

 

Ayətullah Hüseyni Hairi

Bu barədə Məsumeyi Qumda yaşayan və İraq Şiələrinin Təqlid Mərcəsi olan Ayətullah Hüseyni Hairinin (qeyd edək ki, Ayətullah Hairi ayın görünməsində teleskopla görünməyi qəbul edir) ofisindən verilən elanda bildirilib ki, 13 may 2021 tarix Şəvval ayının biri və Fitr Bayramı günüdür.

Ayətullah Hüseyni Hairinin ofisi

Ayətullah Hairinin ofisinin ərəb dilində verdiyi elanın mətni:

أسعد الله آیامکم

ثبت هلال عيد الفطر المبارك يوم الأربعاء مساء (ليلة الخميس) وذلك على اساس الرؤية بالعين المسلحة في الجمهورية الإسلامية في إيران، وعليه يكون يوم الخميس هو يوم عيد الفطر المبارك في ايران والعراق و جميع المناطق المشتركة مع بلد رؤية الهلال بجزء من الليل. وهناك بعض الشهادات في بلاد اُخرى بالرؤية بالعين المجردة.

 

موقع مكتب سماحة آیة الله العظمی السيد کاظم الحسیني الحائري دام ظله

 

Ayətullah Məhfuzi

Bu barədə Ayətullah Məhfuzinin ofisindən verilən elanın tam mətni belədir:

Bismihi Təala

Bucnerd, İsfəhan, Şiraz şəhərlərində Şəvval ayının hilalı adi gözlə teleskopsuz görünüb. Buna görə də, 13 amy 2021 tarix Şəvval ayının biri və Fitr Bayramıdır. Bütün mömin və möminələri bu münasibətlə təbrik edir və ibadət və itaətlərinin qəbul olmasını dilməklə yanaşı hamınızdan istəyirəm ki, karonavirusun şərrinin tezliklə aradan qaldırılması üçün dua edəsiniz.

 Ayətullah Məhfuzinin ofisi

 

Ayətullah Gerami Qumi

Bu barədə Ayətullah Gerami Quminin ofisindən verilən elanın tam mətni belədir:

Bismihi Təala

Ayətullah Gerami Qumi Səadətli Fitr Bayramı münasibəti ilə, bildirib: 13 may 2021 tarix, Hicri qəməri tarixi ilə 1 Şəvval 1442-ci ildir...

 Ayətullah Gerami Quminin ofisi

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*