?>

İmam Xamenei həzrətlərinin Ümumdünya Qüds Günü münasibətilə etdikləri televiziya çıxışının tam mətni

İmam Xamenei həzrətlərinin Ümumdünya Qüds Günü münasibətilə etdikləri televiziya çıxışının tam mətni

Sionist rejim, təbii ki, tükənməsinə baxmayaraq, cinayətlərini davam etdirir və məzlumları silahla qətlə yetirir; Silahsız qadınları, uşaqları, qocaları və cavanları öldürür, həbs edir və işgəncələr verir, evləri dağıtır, təsərrüfatları və mülkləri məhv edir; Amma Ukrayna məsələsində iğtişaşları başlatan Avropa və ABŞ-da insan haqlarını iddia edən yalançılar Fələstində baş verən bütün bu cinayətlər qarşısında susaraq məzlumları müdafiə etmir, həm də qaniçən qurda kömək edirlər.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, mübarək Ramazan ayının sonuncu cüməsinə təsadüf edən hicri qəməri tarixi ilə 27 Ramazan 1443-cü il, ( miladi tarixi ilə 29 aprel 2022) Ümümdünya Müsəlmanlarının Ali Lideri həzrət Ayətullahuluzma Xamenei Ümumdünya Qüds Günü münasibətilə televiziya vasitəsi ilə çıxış ediblər.

Biz ABNA saytı olaraq İmam Xamenei həzrətlərinin Ümumdünya Qüds Günü münasibətilə etdikləri televiziya çıxışın tam mətnini siz əzizlərə təqdim edirik:

 

 

”بسم‌الله‌الرّحمن‌الرّحیمالحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّد الخلق و اشرف البریّة سیّدنا محمّد المصطفی خاتم المرسلین و علی آله الطّاهرین و صحبه المنتجبین و من تبعهم باحسان الی یوم الدّین.

Dünyadakı bütün müsəlman bacı və qardaşlara salam olsun! İslam dünyası gənclərinə salam olsun! Salam olsun cəsur və qeyrətli Fələstin gənclərinə və bütün Fələstin xalqına.

Qüds günü yenə gəlib çatdı. Müqəddəs Qüds dünyadakı bütün müsəlmanları çağırır. Həqiqət budur ki, qəsbkar və cinayətkar sionist rejim Qüdsdə hökmranlıq etdiyi müddətcə ilin bütün günləri Qüds günü hesab edilməlidir.

Müqəddəs Qüds Fələstinin ürəyidir, ölkə bütövlükdə qəsb edilmişdir, dənizdən çaya qədər Qüdsün davamıdır. Fələstin xalqı misilsiz şücaətlə zalım qarşısında dayanıb və bundan sonar daha da çox dirənişini nümayiş etdirəcək. Gənclər öz fədakar əməliyyatları ilə Fələstinin müdafiə sipərinə çevrilib fərqli bir gələcəyin müjdəçisi olublar.

Biz bu il Qüds Gününü Fələstində elə bir halda qeyd edirik ki, hər bir şey Fələstinin bu gün və sabah üçün yeni düzənlə qabağa gedəcəyindən xəbər verir. Bu gün Fələstində və bütün Qərbi Asiyada canlanan “Məğlubedilməz İradə” artıq sionist rejimin “məğlubedilməz ordu” mifini əvəz edir.

Bu gün həmin cinayətkar ordu öz hücum quruluşunu dəyişərək müdafiəyə çevirmək məcburiyyətində qalıb. Bu gün siyasi arenada qəsbkar rejimin ən mühüm dəstəkçisi olan ABŞ ardıcıl məğlubiyyətlərə məruz qalıb: Əfqanıstan müharibəsində məğlubiyyət, İslami İrana qarşı maksimum təzyiq siyasətində məğlubiyyəti, Asiya gücləri qarşısında məğlubiyyəti, dünya iqtisadiyyatına nəzarətindəki uğursuzluq, daxili idarəçiliyindəki uğursuzluq və Amerika hakimiyyətindəki dərin çatlaq fenomeni.

İstər siyasi, istərsə də hərbi arenada qəsbkar rejim bir-birinə qarışmış problemlər şəbəkəsinə dolaşıb; Rejimin başında olan keçmiş cəllad və cinayətkar dastana çevrilmiş Seyf əl-Qüds əməliyyatının ardınca zibilliyə qatıldı. Onun davamçıları da bu gün hər saat başqa dastanlara çevriləcək dağıdıcı əməliyyatların baş verəcəyini gözləyirlər.

Cənin hərəkətı sionist rejimini dəli edib. İyirmi il əvvəl Nəhariyyədə bir neçə sionistin öldürülməsinə cavab olaraq qəsbkar rejim Cənin problemini əbədi həll etmək üçün Cənin düşərgəsində iki yüz nəfəri qətlə yetirdi!

Sorğular göstərir ki, 1948 və 1967-ci illərdə qəsb ediən Fələstin ərazilərində və xarici düşərgələrdəki fələstinlilərin təxminən 70 faizi Fələstin liderlərini işğalçı rejimə hərbi zərbələr endirməyə təşviq edir. Bu mühüm hadisədir; Çünki bu, fələstinlilərin qəsbkar rejimlə qarşıdurmaya tam hazır olması deməkdir və mücahid təşkilatlarının əllərini lazım bildikləri zaman hərəkətə keçməkdə sərbəst buraxır.

Fələstin xalqının (1948-ci ildəki xəritəyə əsasən) ölkənin şimal və cənub bölgələrində cihadçı hərəkatları və eyni zamanda İordaniya və Şərqi Qüdsdə ağır yürüşlər və fələstinli gənclərin yəhudilərin Məscidül-Əqsaya qarşı yürüşləri və təcavüzləri qarşısındakı şiddətli müdafiəsi və Qəzzada keçirilən hərbi təlim bütün Fələstinin müqavimət səhnəsinə çevrildiyini göstərdi. İndi Fələstin xalqı cihadın davam etdirilməsi barədə eyni nəzərdədirlər.

Bu hadisələr və son illərdə Fələstində baş verənlər sionist düşmənlə bütün kompromis planlarının ləğvinin möhürüdür, çünki Fələstinlə bağlı heç bir plan onun sahibləri olan fələstinlilərin hüzuru olmadan və ya onların rəyinin əksinə olaraq həyata keçirilə bilməz; Bu o deməkdir ki, Oslo və ya ərəb iki dövlət planı və ya əsrin müqaviləsi və ya son alçaldıcı normallaşmalar kimi bütün əvvəlki razılaşmalar ləğv edilib.

Sionist rejim, təbii ki, tükənməsinə baxmayaraq, cinayətlərini davam etdirir və məzlumları silahla qətlə yetirir; Silahsız qadınları, uşaqları, qocaları və cavanları öldürür, həbs edir və işgəncələr verir, evləri dağıtır, təsərrüfatları və mülkləri məhv edir; Amma Ukrayna məsələsində iğtişaşları başlatan Avropa və ABŞ-da insan haqlarını iddia edən yalançılar Fələstində baş verən bütün bu cinayətlər qarşısında susaraq məzlumları müdafiə etmir, həm də qaniçən qurda kömək edirlər.

Bu böyük bir dərsdir ki, İslam dünyası və Fələstin məsələsində bu irqçi və düşmən güclərə güvənmək olmaz və onlara etibar etmək olmaz; Yalnız Qurani-Kərimin təlimindən və sevimli İslamın hökmlərindən qaynaqlanan müqavimət gücü ilə İslam dünyasının problemləri və hər şeydən əvvəl Fələstin problemi həll edilə bilər.

Qərbi Asiya regionunda müqavimətin formalaşması son onilliklərdə regionda ən mübarək hadisə olub. Məhz müqavimət Livanın işğal olunmuş hissələrini sionistlərdən təmizlədi, İraqı ABŞ-ın boğazından çıxardı, İraqı İŞİD-dən xilas etdi və ABŞ-ın planlarına qarşı Suriya müdafiəçilərinə yardım etdi. Müqavimət birliyi beynəlxalq terrorizmlə mübarizə aparır, onlara qarşı qoyulan müharibədə Yəmənin dözümlü xalqına kömək edir, Fələstində sionist işğalçıların varlığı ilə mübarizə aparır və onları Allahın hövl-qüdrəti ilə dizə çökdürür, mücahidlərin səyi ilə Qüds və Fələstin məsələsini dünya ictimaiyyətinə hər keçən gün daha da önə çıxır.

Siz Fələstinlilər, siz İordan çayının qərb sahilində və 1948-ci ildəki xəritəyə əsasən Fələstin dövlətinin fədakar gəncləri, siz Cenin düşərgəsinin döyüşçüləri və siz Fələstin xaricindəki Fələstin düşərgələrinin sakinləri, müqavimət birləşmələrinin mühüm və həssas bir hissəsisiniz. Və bilin ki, “Şübhəsiz ki, Allah iman gətirənləri mühafizə edir” və “Əgər səbr etsəniz, bu, səbr edənlər üçün daha xeyirlidir” və “Əgər səbr edib (Allahdan) qorxsanız, (bilin ki,) bu, əzmkarlıq (tələb edən) əməllərdəndir” və “Səbr etdiyinizə görə sizə salam olsun! Axirət yurdunuz necə də gözəldir!”.

İran İslam Respublikası Müqavimət Cəbhəsinin tərəfdarıdır, Fələstin müqavimətinin tərəfdarıdır; Biz bunu həmişə demişik və buna əməl edib və israr etmişik. Biz (sionist rejim ilə) xəyanətkar “normallaşma” addımını pisləyirik; Biz (sionist rejim ilə əlaqələrin normallaşmasına) uyğunlaşma siyasətini pisləyirik.

Bəzi ərəb hökumətlərinin ABŞ-a Fələstin probleminin həllində tələsməsini söyləyirlər, əvvəla əgər onların məqsədi Amerika bölgəni tərk etməmişdən əvvəl qəsbkar (İsrail) rejimin davamlığına zərər gətirən hər hansı bir maneəni aradan qaldırmasıdırsa, ilk olaraq ərəb dünyasına xəyanət edib və rüsvayçılıq yaratmışlar. İkincisi də sadəlövhlük etmişlər, çünki kor başqa bir kora bələdçi ola bilməz!

Nəhayət, fələstinli şəhidlərin ruhu qarşısında baş əyir, onların səbirli ailələrinə ehtiramımı bildirirəm, qəti qərarlılıqla müqavimət göstərən fələstinli məhbuslar və əsirləri salamlayıram və bu böyük məsuliyyətin ağır yükünü daşıyan səbirli fələstinlilərin əlini sıxıram. İslam dünyasını, xüsusilə gəncləri bu şərəf və ləyaqət sahəsində iştirak etməyə çağırıram. Dualarımızın sonu isə budur ki, aləmlərin Rəbbi olan Allaha həmd olsun.

Seyyid Əli Xamenei”

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*