?>
İlahi İncilərin Nur Sil-Siləsi

İmam Xamenei həzrətlərinin İnsan Haqlarına Baxışı ünvanlı kitabı Azərbaycan dilinə tərcümə edilib

İmam Xamenei həzrətlərinin İnsan Haqlarına Baxışı ünvanlı kitabı Azərbaycan dilinə tərcümə edilib

Bu kitab insan hüquqları və qadın məsələləri üzrə tədqiqatçı və fəal Əkrəm Fəzlixaninin araşdırmalarına əsaslanır. Hazırkı kitab Ali Rəhbəri sevənlər, tədqiqatçılar, professorlar, İslam və Qərb bəyanatlarında insan hüquqları ilə bağlı fikirlər ilə maraqlanan tələbələr üçün yaxşı bir istinaddır.

Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, İran İslam Respublikasının Naxçıvandakı Baş Konsulluğunun mədəniyyət attaşesi "Abülfəzl Rəbii" bildirib ki, İnsan hüquqlarının və insan ləyaqətinin qorunması hər cəmiyyətdə əsas və düşündürücü məsələlərdən biridir. Müxtəlif ölkələrin başçıları zahirdə də olsa belə bir növ bu haqda danışmağa çalışırlar.

O, əlavə edib: "Ali Rəhbər bu vacib mövzu ilə bağlı fikirlərini müxtəlif açıqlamalarında və müxtəlif mərasimlərində dilə gətirmiş və dünyanın diqqətinə çatdırmışdır. Bu kitabda Ayətullah Xameneinin insan hüquqları və bəzi insan haqlarının ən böyük saxta iddiaçısı olan ABŞ tərəfindən pozulması ilə bağlı açıqlamaları və fikirləri tərtib edilmişdir. "

Bu yazıda Ulu Öndərin insan hüquqları ilə bağlı fikirlərini araşdırmağa və onun qeydlərinə diqqət yetirməklə müxtəlif mövzularda insan hüquqları və onların pozulmaqları ilə əlaqəli  fikirlərini öyrənməyə cəhd göstərilmişdi.

Rəbiinin sözlərinə görə, Ali Rəhbərin bununla bağlı verdiyi açıqlamalarında əsasən, amerikalıların insan hüquqları adından istifadə etmək hüququnun olmadığını bildirir. O, kitabda İmam Xamenei həzrətlərinin bu barədə dediklərindən belə sitat gətirir: “Quantanamo həbsxanası və Əbu Qreyb məhbuslarının alçaldıcı ləkələri, İraq və Əfqanıstandakı və digər yerlərdəki yaşayış məntəqələrinin ABŞ tərəfindən bombardiman edilməsi damğası Amerika Birləşmiş Ştatlarının alnına həkk olmuşdur. Bütün bunlar insan haqqlarının pozulmasının bariz nümunəsidir. Bunlar həyasızdırlar ki, bir daha insan haqları barədə danışırlar. Ölkələri terrorizmi dəstəkləməkdə günahlandırırlar. Terroristlər Amerikanın öz qanadları altında böyüyüb ərsəyə çatıblar.

İran İslam Respublikasının Naxçıvandakı Baş Konsulluğunun mədəniyyət attaşesi sönra sözlərinə belə davam edib: “Kitabın başqa bir hissəsində, İmam Xamenei həzrətlərinin nəzərindən İslam və Qərb düşüncələrindəki insan haqları arasındakı fərq, İslam dini və İslam hökuməti sayəsində insan hüquqları haqqında söhbət açılır. "Hökm yalnız Allaha məxsusdur. Yalnız Allaha ibadət edin" deyən İslamdır. Bu hökm bütün zalım hakimiyyətləri inkar edir. Qəbul olunmuş kriteriyaları olmadıqca və xalq onu qəbul etmədikcə heç kimin xalq üzərində hökmranlıq etmək hüququ yoxdur.

Kitabın davamında Qərbdə qadın hüquqlarının pozulması, azlıqların hüquqları və Fələstin məsələsi kimi məsələləri Ali Lider nöqteyi-nəzərindən müzakirə etməyə davam edilir.

Bu kitab insan hüquqları və qadın məsələləri üzrə tədqiqatçı və fəal Əkrəm Fəzlixaninin araşdırmalarına əsaslanır. Hazırkı kitab Ali Rəhbəri sevənlər, tədqiqatçılar, professorlar, İslam və Qərb bəyanatlarında insan hüquqları ilə bağlı fikirlər ilə maraqlanan tələbələr üçün yaxşı bir istinaddır.

Rəbii əlavə edib: "Bu kitabın Azərbaycan dilinə tərcümə edilməsi, insan haqlarının ən böyük saxta iddiaçısı olan ABŞ tərəfindən insan haqlarının pozulması hallarının bir qismini bölgə insanlarına çatdırılmasında təsirli ola bilər."

Bu kitab İran İslam Respublikasının Naxçıvandakı Baş Konsulluğunun mədəni mənsubiyyəti tərəfindən tərcümə edilmişdir.

Maraqlananlar yaxın günlərdə https://nakhchivan.icro.ir  saytında Naxçıvan Mədəniyyət Agentliyini ziyarət edə və bu kitabın elektron sənədini yükləyə bilərlər.

………………….

Xəbərin Sonu / 218

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*