?>
İslam İnqilabının Lideri Həcc mesajında:

İmam Xamenei: Fələstin "Qüds Qılıncı"nı qınından çıxarıb təcavüzkarın burnunu yerə sürtdü

İmam Xamenei: Fələstin

Qardaşlar və bacılar! Bölgəmiz və onun sürətli və müxtəlif hadisələri ibrət və dərs sərgisidir; Bir tərəfdən, təcavüzkara qarşı mübarizə və müqavimət nəticəsində ortaya çıxan güc, digər tərəfdən isə təcavüzkarın müqavimətçilər qarşısındakı zəiflik göstərib, təslim olmasından meydana gələn alçaqlıq.

Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, Ümümdünya Müsəlmanlarının Ali Lideri həzrət Ayətullah Xamenei Həcc münasibəti ilə dünya müsəlmanlarına göndərdiyi mesajda Beytullah ziyafətində iştirak etmək istəyənlərin ürəklərində davam edən bu  həsrəti keçici bir sınaq adlandırdı.

O, Həcc mesajlarının təsirdən düşməməsinin zəruriliyinə vurğulayaraq, Amerika Birləşmiş Ştatları başda olmaqla bütün təcavüzkar qüdrətlərə qarşı müqavimət göstərməyi Həccin əsas mesajlarından biri olduğu adlandırıb.

İmam Xamenei həzrətləri İslam dünyasının problemlərinə və bədbəxtliklərinə toxunaraq, xüsusilə Fələstin, Yəmən və İraqda müqavimət və oyanış elementlərinin yüksəlməsini bölgənin ümidli gerçəkləri adlandıraraq vurğulayıblar: İlahi sadiq vədəyə əsasən, yardım yalnız mücahidlərə olunacaq və bu çalışqanlığın ilkin təsiri ABŞ və sair zorakı qüdrətlərin İslam ölkələrinə müdaxilə etmələrinin və pisliklərinin dayandırmaqdır.

İslam İnqilabı Rəhbərinin Həcc mesajının tam mətni belədir:

 

Mehriban və Bağışlayan Allahın Adı ilə

Həmd və Səna aləmlərin Rəbbi olan Allaha məxsusdur. Məhəmməd və Ali Muhəmmədə -pak ailəsinə, seçilmiş səhabələrinə və onlara Qiyamət gününə qədər xeyirxahlıqla tabe olan hər kəsə salam olsun.

Dünyadakı bütün müsəlman bacı və qardaşlar!

Bu il də müsəlman ümməti böyük nemət olan Həcc əməllərindən məhrum oldular və istəkli könüllər, ah və peşmanlıqla, Müdrik və Rəhmli Allahın insanlar üçün qurduğu şərəfli evdəki ziyafətdə iştirak edə bilmədilər.

Artıq ikinci ildir ki, Həccin sevinc və mənəvi firavanlıq mövsümü ayrılıq və peşmanlıq fəslinə çevrilir və epidemiya xəstəliyi bəlası və bəlkə də Müqəddəs ziyarətgahı idarə edənlərin siyasətlərin bəlası möminlərin həvəsli gözlərini ümmətin vəhdətini, əzəmətini və mənəviyyatını görməkdən məhrum edir. Və bu əzəmətli zirvəni buludlarla və tozlarla örtür.

Bu imtahan, İslam ümməti tarixində parlaq gələcəyə apara biləcək digər müvəffəq imtahanlar kimidir; Həccin həqiqi şəklində müsəlmanların qəlbində və ruhunda qorunub qalması vacibdir və indi ki, ritual bədənimiz müvəqqəti olaraq Həccdə hazır deyildir, Həccin ülvi mesajı azalmamalıdır.

Həcc sirli bir ibadətdir.İçindəki hərəkət və sükunətin gözəl quruluşu və birləşməsi, müsəlman şəxsiyyətini və müsəlman cəmiyyətini qurur və dünya gözündə gözəlliklərini göstərir. Allah bəndələrinin qəlblərini zikr, təvazökarlıq və dua ilə yüksəldir, onları Allaha yaxınlaşdırır. Bir tərəfdən eyni örtük və hərəkət və ahəngdar hərəkətlərlə, dünyanın hər yerindən gələn qardaşları birləşdirir, digər tərəfdən İslam ümmətinin ali simvolunu bütün mənalı və sirli ayinləri ilə dünyanın gözü önünə qoyur və ümmətin əzm və əzəmətini bədxahlara göstərir.

Bu il müqəddəs Kəbə evinin həcci mövcud deyil, ancaq Kəbə evin Rəbbinə diqqət, zikr, təvazökarlıq, dua, tövbə və şəfaət mövcuddur; Ərafatda iştirak etmək mümkün deyil, lakin Ərəfat günü mərifəti şoxaldan dualar və munacatlar etmək mümkündür; Şeytanın Minada daşqalaq edilməsi mümkün deyil, ancaq qüdrət tələb şeytanları hər yerdə dəf etmək mümkündür; Kəbənin ətrafında cisimlərimizin hazır olması təmin edilmir, ancaq Qurani Kərimin açıq ayələri ətrafında qəlblərin vahid olması və Allahın ipinə möhkəm bağlanmaq daimi bir vəzifədir.

Bu gün çox sayda əhaliyə, geniş bir əraziyə, saysız-hesabsız təbii sərvətlərə və diri və oyaq millətlərə sahib olan biz, İslam davamçıları mütləq əlimizdə olan imkanlarımızla və bacarıqımızla öz gələcəyimizi formalaşdırmalıyıq. Son 150 ildə müsəlman xalqlar ölkələrinin və hökumətlərinin taleyində heç bir rol oynamadılar və bəzi hallar istisna olmaqla, birbaşa davamlı sürətdə təcavüzkar Qərb hökumətlərinin siyasətləri ilə idarə olundular və onların tamahkarlıq, müdaxiləkar və pisliklərinə məruz qaldılar. Bu gün bir çox ölkənin elmi geriliyi və siyasi bağlılığı həmin passivliyinin və qeyri-adekvatlığının məhsuludur. Millətlərimiz, gənclərimiz, alimlərimiz, din alimlərimiz və vətəndaş ziyalılarımız, siyasətçilərimiz və partiyalarımız və icmalarımız bu gün o zillətdlə dolu və utancverici keçmişi əvəzləməlidir; Onlar ayağa qalxmalı və Qərbin zorakılığına, müdaxiləsinə və pisliklərinə qarşı "müqavimət göstərməlidirlər".

Qlobalist və istikbarçı dünyanı narahat edən və qəzəbləndirən İran İslam Respublikasının bütün sözləri bu müqavimətə dəvətdir: ABŞ və digər təcavüzkar güclərin müdaxiləsi, pislik və şərinə qarşı müqavimət və İslam maarifinə əsaslanaraq İslam dünyasının gələcəyini öz əlinə götürmək.

Təbii ki, ABŞ və müttəfiqləri "müqavimət" adına həssasdırlar və "İslami Müqavimət Cəbhəsi" nə qarşı hər növ düşmənçiliyə əl atırlar. Bəzi regional hökumətlərin onlarla birləşməsi də bu pisliklərin davam etməsi üçün acı bir həqiqətdir.

Həcc mərasimləri ki, səy, təvaf, ərəfat, cəmarat və həccin izzəti və vəhdətinin bizə göstərdiyi düz yol, Allaha təvəkkül etmək və Allahın əbədi qüdrətinə diqqət və milli ruhiyyəyə inam, səy və mübarizəyə etiqad bəsləmək, hərəkət etmək üçün qətiyyətli bir qərar və qələbə üçün böyük bir ümidə varmaqdır.

İslam bölgəsindəki səhnə gerçəkliyi bu ümidi daha da artırır və bu qətiyyəti möhkəmləndirir. Digər tərəfdən, İslam dünyasının bədbəxtlikləri, elmi gerilik və siyasi bağlılıqlar, iqtisadi və sosial narahatlıqlar bizi böyük bir vəzifə və yorulmaz bir mübarizə qarşısında qoyur; İşğal olunmuş Fələstin bizi köməyə səsləyir; Məzlum və qanlı Yəmən ürəkləri dağladır; Əfqanıstanın acınacaqlı vəziyyəti hamını narahat edir; İraqda, Suriyada, Livanda və bəzi digər müsəlman ölkələrində ABŞ və müttəfiqlərinin açıq şəkildə müşahidə olunan müdaxilə və şər addımları, Gənclərin qeyrət və çalışqanlığına ilham verir, digər tərəfdən bütün bu həssas bölgədə müqavimət elementlərinin yüksəlməsi və millətlərin oyanışı, gənc və motivasiyaslı nəslin hədəfləri ürəkləri ümid ilə doldurur; Fələstin hər tərəfdən "Qüds Qılıncını" qınından çəkir; Qüds, Qəzza, İordan çayının sahil, 48-ci ildəki ərazilər və qaçqın düşərgələr hamısı qalxıb on iki gün ərzində təcavüzkarın burnunu yerə sürtdü; Mühasirədə tək və tənha qalan Yəmən yeddi illik müharibəyə, cinayətə və daşürəkli düşmənin zülmünə dözür, qida, dərman və yaşayış obyektlərinin yoxluğuna baxmayaraq zalımlara təslim olmur və öz nüfuzu və təşəbbüsü ilə onları qorxudur; İraqda müqavimət gücləri açıq və birmənalı şəkildə, işğalçı ABŞ və onun məntəqədə əkdiyi İŞİD terror qrupunu geri çəkilməyə vadar edir və ABŞ və müttəfiqlərinin hər cür müdaxiləsi və şərinə qarşı qətiyyətli olduqlarını ifadə edirlər.

Amerikalıların İraq, Suriya, Livan və digər ölkələrdəki "müqavimət" ünsürlərinin və qeyrətli gənclərin qətiyyətini və fəaliyyətini təhrif etmək üçün apardıqları genişmiqyaslı təbliğatları və onları İrana və ya başqa bir güc sahibinə aid etməkləri, o cəsur və oyaq gəncləri təhqir etməkdən başqa bior şey deyildir. Və amerikalıların bölgə xalqlarını yaxşı və düzgün dərk etmədiklərindən irəli gəlir.

Bu anlaşılmazlıq, səbəb oldu ki, ABŞ Əfqanıstanda alçalsın. Və iyirmi il öncə o səs-küylü, qarışıq  gəlişindən, müdafiəsiz xalqa qarşı silah, bomba və atəşlərdən istifadə etməsindən sonra özünü bataqlıqda hiss edib, qüvvələrini və hərbi texnikalarını oradan çıxarmağa başladı. Əlbətdə ki, bəsirətli Əfqan milləti ölkəsindəki ABŞ-ın kəşfiyyat alətlərinə və yumşaq silahlarına qarşı ayıq və sayıq olmalıdır.

Bölgə xalqları oyaq və ayıq olduqlarını göstərdilər və onların Fələstinin həyati məsələsində ABŞ-ın tələbləri ilə razılaşan bəzi dövlətlərdən üz döndərmələri yollarının onlarla ayrı olmasının göstəricisidir; Açıqca və gizli şəkildə qəsbkar sionist rejimlə dostluq nərdi oynayan hökumətlər, yəni Fələstin xalqının tarixi vətənində haqqlı olduqlarını inkar edirlər. Bu, Fələstinlilərin sərmayəsin əl uzatmaqdır. Onlar öz ölkələrinin təbii sərvətlərini talan etməklə kifayətlənmirlər və indi Fələstin xalqının sərmayəsini talan edirlər.

Qardaşlar və bacılar!

Bölgəmiz və onun sürətli və müxtəlif hadisələri ibrət və dərs sərgisidir; Bir tərəfdən, təcavüzkara qarşı mübarizə və müqavimət nəticəsində ortaya çıxan güc, digər tərəfdən isə təcavüzkarın müqavimətçilər qarşısındakı zəiflik göstərib, təslim olmasından meydana gələn alçaqlıq.

Allahın səmimi vədi, mücahidlərin Allah yolundakı zəfəridir: “Əgər Allaha (Allahın dininə) yardım etsəniz, O da sizə yardım edər və mövqeyinizi möhkəmləndirər (Muhəmməd sürəsi, ayə 7)”. Bu mübarizənin ilk təsiri, Amerika Birləşmiş Ştatlarının və digər beynəlxalq zalımların İslam ölkələrinə müdaxilə və pisliklərini dayandırmasıdır, İnşallah.

Uca Allahdan müsəlman millətlərin qələbəsini diləyirəm və Həzrət Bəqiyatullah (ə) -a salam göndərirəm və Allahdan böyük İmam Xomeyni və böyük şəhidlərin dərəcələrini ucaltmasını diləyirəm.

Saleh olan Allah bəndələrinə salam olsun!

Seyid Əli Xamenei

26 Tir 1400

6 Zilhəccə 1442

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*