?>

İmam Xamenei: ABŞ və Qərb ölkələrin müstəqilliyini və suverenliyini pozmağa çalışır / Ukrayna məsələsində əsas problem Qərbin NATO-nun inkişaf planıdır

İmam Xamenei: ABŞ və Qərb ölkələrin müstəqilliyini və suverenliyini pozmağa çalışır / Ukrayna məsələsində əsas problem Qərbin NATO-nun inkişaf planıdır

İnqilabın Ali Rəhbəri: Amerikalılar və qərblilər daim müxtəlif regionlarda, o cümlədən Şərqi və Qərbi Asiyada öz təsir dairələrini genişləndirməyə, dövlətlərin müstəqilliyinə və suverenliyinə xələl gətirməyə çalışırlar.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, İslam İnqilabının Böyük Rəhbəri Ayətullah Xamenei ötən gün axşam saatlarında (bazar günü) Qazaxıstan prezidenti Qasim Comərd Tokayev və nümayəndə heyəti ilə görüşüb, İran və Qazaxıstanın tarixi və mədəni əlaqələrin dərinliyinə işarə edib və iki ölkənin müxtəlif sahələrdə, xüsusilə regional əməkdaşlıqdakı əlaqələrin getdikcə daha genişlənməsini vurğulayıblar.

O, əlaqələrin genişləndirilməsi üçün zəruri olan siyasi və iqtisadi məsələlərdə koordinasiyaya çağırıb, birgə komissiyanın fəaliyyətə başlamasının vacibliyini vurğulayıb: “Hər iki tərəf razılaşmaları davam etdirmək və həyata keçirmək üçün səylərini ikiqat artırmalıdır.”

İslam İnqilabının Rəhbəri həmçinin İran və Qazaxıstan arasında mədəni əməkdaşlığın genişləndirilməsini vacib hesab edib və əlavə ediblər: “Farabi, qazax əsilli islam filosofu və alimi kimi, əsərləri İranda min illər boyu tədqiq və mütailə edilmişdir, iki ölkə arasında mədəni əməkdaşlığın və birgə elmi komitənin formalaşdırılmasının əsası ola bilər.

Ayətullah Xamenei Ukrayna ilə bağlı məsələlərə də toxunub: “Ukrayna məsələsində əsas problem odur ki, qərblilər NATO-nu inkişaf etdirməyə can atırlar və imkanları daxilində təsirlərini genişləndirməkdən çəkinməyəcəklər.”

O qeyd edib: “Biz hər şeyə diqqətlə baxmalıyıq, çünki amerikalılar və qərblilər daim müxtəlif regionlarda, o cümlədən Şərqi və Qərbi Asiyada öz təsir dairələrini genişləndirməyə, xalqların müstəqilliyinə və suverenliyinə xələl gətirməyə çalışırlar.”

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*