?>
Qarabağ İslam Torpağıdır

İmam Hüseyn (ə) eşqilə qəlbi alovlanan Şəhid Gizir Qasımov Təbriz Ramiz oğlu haqqında qısa məlumat

Əgər bir ictimaiyyət eyş və işrət düşgünü olaraq öz şəhidlərini unutqanlığa verərlərsə o toplumda şəhidlər ölmüşdür

İmam Hüseyn (ə) eşqilə qəlbi alovlanan Şəhid Gizir Qasımov Təbriz Ramiz oğlu haqqında qısa məlumat

Quran Kəqimdə, Ali İmran sürəsinin 170-ci ayəsində Allah Təalanın buyuruduğu kimi “Onlar (Şəhidlər) Allahın Öz mərhəmətindən onlara bəxş etdiyi nemətə (şəhidlik rütbəsinə) sevinir, arxalarınca gəlib hələ özlərinə çatmamış (şəhidlik səadətinə hələ nail olmamış) kəslərin (axirətdə) heç bir qorxusu olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şadlıq edirlər.” Şəhidlər diridirlər və ölməyiblər.

Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, İkinci Qarabağ müharibəsində Azərbaycan Respublikası xeyli sayda imanlı, dürüst, vətənin keşiyində duran Hüseynçi igidləri şəhid verdi...

Quran Kəqimdə, Ali İmran sürəsinin 170-ci ayəsində Allah Təalanın buyuruduğu kimi “Onlar (Şəhidlər) Allahın Öz mərhəmətindən onlara bəxş etdiyi nemətə (şəhidlik rütbəsinə) sevinir, arxalarınca gəlib hələ özlərinə çatmamış (şəhidlik səadətinə hələ nail olmamış) kəslərin (axirətdə) heç bir qorxusu olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şadlıq edirlər.” Şəhidlər diridirlər və ölməyiblər. Amma əgər bir ictimaiyyət eyş və işrət düşgünü olaraq öz şəhidlərini unutqanlığa verərlərsə bu zaman o toplumda artıq şəhidlər ölmüş sayılır. Və bu ən qorxulu bir hadisədir ki, düşmən qüvvəsinə qələbə çalmış bir xalqın başına gələ bilər.

Allah naminə Vətənin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Şəhid Gizir Qasımov Təbriz Ramiz oğlu Azərbaycanın Hüseynçi hərbiçilərindən biri idi. O, 1993 - cü ildə Qəbələ rayonu Yemişanlı kəndində doğulmuşdur.

Yemişanli kəndində orta məktəbi 9-cu sinifə kimi oxuyub, sonra təhsilini Şəki Pedaqoji Kollecində davam etdirmişdir.

Kolleci bitirdikdən sonra Sumqayıt şəhərində N saylı hərbi hissədə xidmət keçmişdir.

Daha sonra Gizir kurslarını müvəfəqiyyətlə başa vuraraq, 2015-2018-ci ci illərdə Qəbələ rayonunda olan Daxili Qoşunların hərbi hissəsində Gizir vəzifəsində çalışmışdır.

2020-ci ilin iyul ayında Tovuz döyüşlərindən sonra yenidən hərbi xidmət üçün könüllü olaraq qeydiyyatdan keçmişdir.

"Vətən müharibəsi" başlanan zaman 5 dəfə Səfərbərlik və Hərbi Çağırış Üzrə İdarəyə yaxınlaşsa da, orduya aparılmamışdır.

Lakin sonuncu dəfə onu orduya qəbul etmişlər və Ağcəbədi rayonuna təhcizat anbarına göndərmişdilər. Burada da razılaşmayaraq açıq döyüşlərə qatılmışdır.

5 noyabr 2020- ci ildə Xocavənd rayonu(kəndləri) uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.Yemişanlı kəndində dəfn olunub. Allah rəhmət etsin

Şəhidimizin 4 yaşlı bir qızı vətənə əmanət qaldı

Azərbaycan respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə Gizir Qasımov Təbriz Ramiz oğlu (ölümündən sonra) "Vətən Uğrunda " medalı ilə təltif edilib.

Şəhidimiz 07.11.2020 tarixdə Yemşənli kəndində torpağa tapışırıldı.

Ruhun şad olsun vətən oğlu yerin heç şübhəsiz cənnətdir

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Qarabağ İslam Torpağıdır. Qarabağ Azərbaycanındır.
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!