?>

İlin ilk ay tutulmasının vaxtı AÇIQLANDI

İlin ilk ay tutulmasının vaxtı AÇIQLANDI

Bu təbiət hadisəsini Şimali və Cənubi Amerika, Avropa, Afrika və Asiyanın bir hissəsindən görmək mümkün olacaq.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Mayın 16-da ilin ilk Ay tutulması hadisəsi baş verəcək.

Bu barədə AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

Bildirilib ki, təbiət hadisəsi tam Ay tutulması olacaq.

Tutulma saat 07:29-da başlayacaq, saat 08:53-də isə sona çatacaq. Tutulmanın maksimumu saat 08:11-də qeydə alınacaq.

Bu təbiət hadisəsini Şimali və Cənubi Amerika, Avropa, Afrika və Asiyanın bir hissəsindən görmək mümkün olacaq.

Qeyd edək ki, tutulma zamanı Ay üfüqdən aşağıda olacağı üçün tutulma hadisəsi Azərbaycanda müşahidə olunmayacaq.

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*