?>

İlhan Ömər Trampa müraciət edib: Amerika mənim də ölkəmdir

İlhan Ömər Trampa müraciət edib: Amerika mənim də ölkəmdir

Minnesota əyalətinin müsəlman nümayəndəsi, Donald Trampın irqçi sözlərinə kəskin reaksiya göstərərək deyib, Amerika mənim də ölkəmdir.

ABNA24 Xəbər Verir, ABŞ-ın Minnesota əyalətinin müsəlman nümayəndəsi "İlhan Ömər", Donald Trampa bir Twitter mesajında belə yazıb: Əvvəla, bu mənim ölkəmdir, və mən sizi dindirən ABŞ Nümayəndələr palatasının üzvüyəm; İkincisi, səkkiz yaşımda vətəndaş müharibəsindən qaçdım, və 8 yaşlı uşaq ölkəni idarə etmir.

ABŞ prezidenti çərşənbə axşamı günü İlhan Ömərə qarşı irqçi çıxışında, onun doğulduğu yeri lağa qoyaraq deyib: Amerika onun ölkəsi deyil.
Tramp Pensilvaniya ştatındakı tərəfdarlarının toplantısında deyib: İlhan Ömər bizə ölkəmizi necə idarə edəcəyimizi izah edir; haradan gəlibsən? Ölkənizdə vəziyyət necədir?
Trump, son bir ildə dəfələrlə Konqresdə Ömərə və digər üç qaradərili qadına qarşı irqçi hücumlara başlayıb.
Trump dəfələrlə xanım Öməri, ümumiyyətlə, ABŞ-ın xarici siyasət strategiyasını və xüsusən Trump administrasiyasını tənqid etdiyi üçün hədəfə alışdı, və keçən il hətta onun ABŞ-a köçdüyü ölkəyə geri dönməsini istədi.
Xanım Ömər 13 yaşında Somalidəki vətəndaş müharibəsindən qaçaraq ABŞ-a sığınıb, və təhsil aldıqdan sonra və bu ölkədə siyasi inkişaf mərhələlərini keçirməkdən sonra, Minnesota əyalətinin seşki məntəqələrindən birinin nümayəndəsi olaraq Nümayəndələr Palatasına daxil olub.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Qarabağ İslam Torpağıdır. Qarabağ Azərbaycanındır.
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!