?>
Qafqaz və Azərbaycan Xəbərləri - Bakı

İlhamın növbəti analoqsuz yalanı ifşa oldu: “Səudiyyə Ərəbistanı nadir ölkələrdəndir ki, işğala görə Ermənistanla diplomatik əlaqələr qurmayıb”

İlhamın növbəti analoqsuz yalanı ifşa oldu: “Səudiyyə Ərəbistanı nadir ölkələrdəndir ki, işğala görə Ermənistanla diplomatik əlaqələr qurmayıb”

2020-ci ildə Dağlıq Qarabağda silahlı qarşıdurma başlayanda, Səudiyyə Ərəbistanı Birləşmiş Ərəb Əmirlikləri ilə birlikdə, gizli şəkildə Azərbaycana qarşı mübarizədə Ermənistanı dəstəkləyiblər. Araşdırmaq üçün bu mənbələrə müraciət edin: (“Fenton-Harvey, Jonathan. "How the Armenia-Azerbaijan conflict could spiral into a proxy war". Alaraby).

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, əliyevlər sülalə rejimin başçısı İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının yanvarın 13-də Gülüstan sarayında təməlqoyma mərasimində çıxışı zamanı deyib: “Biz bir çox sahələrdə uğurla əməkdaşlıq edirik. Təbii ki, bütün Azərbaycan xalqı Səudiyyə Ərəbistanının Azərbaycana işğal dövründə göstərdiyi siyasi dəstəkdən xəbərdardır”. 

“Səudiyyə Ərəbistanı o nadir ölkələrdəndir ki, erməni işğalına görə Ermənistanla ümumiyyətlə diplomatik əlaqələr qurmamışdır və bu, Azərbaycan xalqına, Azərbaycan dövlətinə göstərilmiş böyük mənəvi dəstəkdir və qardaşlığın əlamətidir. Azərbaycan xalqı bunu yüksək qiymətləndirir”, - deyə sülalə rejim başçısı bildirib.

İlhamın sözlərinə görə, Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında siyasi əlaqələr çox yüksək səviyyədədir:

“Eyni zamanda, iqtisadiyyatın müxtəlif sahələrində fəal əməkdaşlıq edirik. Pandemiyaya qədər Səudiyyə Ərəbistanından gələn turistlərin sayı ildən-ilə artırdı. Ümid edirəm ki, pandemiya başa çatandan sonra biz yenə də Səudiyyə Ərəbistanının vətəndaşlarını, öz qardaşlarımızı Azərbaycanda görəcəyik”.

P.S: Qeyd etmək istəyirik ki, əliyevlər sülalə rejim başçısının Səudiyyə Ərəbistanı ilə bağlı veriyi məlumatlar hamısı dzinformasiya və yaltaqlıq xatrinə olna sözlərdir. Çünki Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın hakimiyyətə gəlməsindən sonra Səudiyyə Ərəbistanı

1- 2019 və 2020-ci ilin Oktyabr ayının 3-də, 44 Günlük Qarabağ Müharibəsinin ən qızğın çağında antitürk boykotu elan edib və Ermənistanla əlaqələrini bərpa etməyə başlayıb. Araşdırmaq üçün aşağıdakı mənbələrə baş vura bilərsiniz: ("Saudi prince calls for boycott of Turkey". Middle East Monitor. May 7, 2019.

"Saudis must boycott 'everything Turkish,' says commerce head after Erdogan remarks". Al Arabiya English. October 3, 2020.)

2- 2019-cu ildə Səudiyyə Ərəbistanı ABŞ Konqresində Qondarma Erməni Soyqırımının tanınmasına dair son qərara vasitəçilik etməyi qəbul edir. Səudiyyə şahzadəsi Rima bint Bəndər əl-Səud açıqlamasında Türkiyəni soyqırımı tanımağı rədd edən ikiüzlülüyünə görə qınayır. Səudiyyə Ərəbistanının Livandakı səfiri Səudiyyə Ərəbistanının Ermənistanla həmrəyliyini nümayiş etdirmək üçün Qondarma Erməni Soyqırımı Memorialını da ziyarət edir. Araşdırmaq üçün bu mənbəyə istinad edə bilərsiniz: ["Saudi Arabia's Ambassador to Lebanon visits Armenian Genocide Memorial in Antelias". armenpress.am].

3- 2018-ci ilin sentyabr ayında iki ölkə arasında rəsmi əlaqələrin qurulmamasına baxmayaraq, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman və Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz əs-Səud Ermənistanı Müstəqillik Günü münasibətilə təbrik edirlər. Araşdırmaq üçün bu mənbəyə müraciət edin: ["الملك وولي العهد يهنئان رئيس أرمينيا بذكرى استقلال بلاده". 20 سبتمبر 2018. İstifadə tarixi: أكتوبر 20208– Al Riyadh].

4- 2020-ci ildə Dağlıq Qarabağda silahlı qarşıdurma başlayanda, Səudiyyə Ərəbistanı Birləşmiş Ərəb Əmirlikləri ilə birlikdə, gizli şəkildə Azərbaycana qarşı mübarizədə Ermənistanı dəstəkləyiblər. Araşdırmaq üçün bu mənbələrə müraciət edin: (“Fenton-Harvey, Jonathan. "How the Armenia-Azerbaijan conflict could spiral into a proxy war". Alaraby).

5- Bundan əlavə Səudiyyə Ərəbistanının təsir darəsində olan Əl-Ərəbiya telekanalı Ermənistan Prezidenti Armen Sarkisyanın xüsusi bir nitqini yayımlayır. Çıxışında Ermənistan Prezidenti beynəlxalq ictimaiyyəti Türkiyə və Azərbaycanın münaqişəyə ortaq müdaxiləsinin qarşısını almağa çağırışlar edir.

6- 2021.Oktyabr ayının 26-da Ermənistan Prezidenti Armen Sarkisyan Səudiyyə Ərəbistanına işgüzar səfər edib. Bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb. Araşdırmaq üçün bu mənbəyə müraciət edə bilərsiniz: (https://ednews.net/az/news/analytical-wing/485570-seudiyye-erebistani-ermenistan-yaxinlasmasinda-vacib )

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*