?>

İlham Əliyev hakimiyyəti 7 Azərbaycanlı vəhhabi terrorçunu Suriyadan repatriasiya edib– Videosənəd

Suriyada Döyüşən Azərbaycanlı vəhhabi terrorçularının 2014 May tarixində döyüşdən sonra çəkdikləri Video


Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Azərbaycan Xarici İşlər Nazirliyi Suriyada “İŞİD”, əl-Nusra kimi vəhhabi terror dəstələrində vuruşan və əməkdaşlıq edən Azərbaycan Respublikası vətəndaşlarının bu ölkədən repatrasiyası ilə bağlı məlumat yayıb.

XİN-dən Trend-ə daxil olan məlumatda deyilir:

"2022-ci ilin 31 mart tarixində Suriya Ərəb Respublikasının Cerablus şəhərindəki Amerna düşərgəsində saxlanılan Azərbaycan Respublikası vətəndaşı olan 7 nəfərin repatriasiyası həyata keçirilib.

Qeyd olunan şəxslərin ölkəmizə gətirilməsi Azərbaycan Respublikasının hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində baş tutub.

Öncə vətənə repatriasiyası nəzərdə tutulan vətəndaşların yeri, şəxsiyyəti və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müəyyən edilib. Daha sonra əldə olunmuş razılıq əsasında onların Türkiyə Respublikasının ərazisinə keçidi təmin olunub.

Bununla bağlı İraq və Suriya Ərəb Respublikalarından Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul işçi qrupa daxil olan aidiyyəti dövlət qurumlarının nümayəndələri Türkiyə Respublikasına ezam edilib. Türkiyə Respublikasına ezam edilmiş nümayəndə heyəti tərəfindən repatriantların ilkin tibbi və psixoloji müayinəsi həyata keçirilib və onlara zəruri yardım göstərilib. Bundan sonra Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi tərəfindən vətəndaşlarımız “Azərbaycan Respublikasına qayıdış şəhadətnamə”ləri ilə təmin edilmişdir. 2022-ci ilin 31 mart tarixində Azərbaycan Respublikası nümayəndə heyətinin müşayiəti ilə qeyd olunan vətəndaşların Ankara-Bakı reysi ilə Azərbaycan Respublikasına repatriasiyası həyata keçirilib.

Azərbaycan Respublikasının hökuməti tərəfindən müvafiq şəxslərin reinteqrasiyası və reabilitasiyası üçün bütün lazımi tədbirlərin görülməsi nəzərdə tutulub. Repatriasiyanın həyata keçirilməsində Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarının birgə və əlaqələndirilmiş fəaliyyəti həyata keçirilib. Bu prosesin reallaşmasında Türkiyə Respublikası tərəfindən göstərilmiş yardım xüsusilə qeyd olunmalıdır.

Azərbaycan Respublikasının hökuməti milli qanunvericiliyə və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq öz vətəndaşlarının hüquq və azadlıqlarının qorunması istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirəcəkdir".

Xatırladaq ki, Suriyada uşaq başlarını kəsməyə gedən və əsasən Azərbaycanın Quba, Qusar, Xaçmaz, Zakatala, Şəki, Sumqayıt və Bakı şəhər və rayonlarından olan vəhhabi terrorçularının böyük əksəriyyəti 2013-cü ilə kimi «Ceyş əl-Mühacirin vəl-Ənsar» diversiya qrupunda cəmləşimişlər. Terror qrupunun “əmiri” azərbaycanlı Əbu Yəhya adlı biri idi. Daha sonradan azərbaycanlı vəhhabilər Suriya və İraqda əl- Nüsrə və qondarma İŞİD adlı terror qruplarına toplaşdılar.

2018-ci ildə isə, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) şöbə rəisi Suad Mahmudov jurnalistlərə açıqlamasında bildirib ki, Suriyadakı münaqişə bölgəsinə gedən Azərbaycan vətəndaşlarının sayı 1000-dən artıq olub.

S.Mahmudov qeyd edib ki, Şimali Qafqazdakı terror qruplaşmalarına qoşulan Azərbaycan vətəndaşlarının sayı onlarla ölçülürdüsə, Əfqanıstan, Pakistan bölgəsinə getmiş Azərbaycan vətəndaşlarının sayı 300-ə yaxın, Suriyadakı münaqişə bölgəsinə gedənlərin sayı isə 1000-dən artıq olub.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*