?>

İlham Əliyev: "Dağlıq Qarabağ münaqişəsi sona çatıb"

İlham Əliyev:

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bir daha Qarabağ münaqişəsinin sona çataraq tarixə qovuşduğunu bəyan edib.

ABNA24 Xəbər Verir, Sputnik Xəbər Agentliyinin məlumatına əsasən, prezidenti fevralın 23-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrini videoformatda qəbulu zamanı deyib: "Azərbaycan beynəlxalq hüququ bərpa edib, faktiki olaraq regionda və dünyada yeni reallıqlar yaradıb. Zənnimcə, müharibədən sonra çox konstruktiv yanaşma nümayiş etdiririk. Düşünürəm ki, bu reallıqlar uzunmüddətli olacaq.

Azərbaycan dövlət başçısı qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi sona çatıb. O, artıq tarixin bir hissəsinə çevrilib və ərazilərin yenidən qurulması planlaşdırılır. Çünki hər şey məhv olub. Ağdamda, Füzulidə, azad edilmiş digər ərazilərdə, kəndlərdə, şəhərlərdə bir bina belə qalmayıb. Hər şey, tarixi abidələr dağıdılıb. Yenidənqurma işləri aparmaq üçün çoxlu tədbirlər görülməlidir.

O sonra deyib: "xarici diplomatlar, beynəlxalq medianın nümayəndələri işğaldan azad olunmuş əraziləri ziyarət edəndə hesab edirəm ki, onlar işğal nəticəsində bizim tarixi abidələrimizin, mədəni abidələrimizin nə vəziyyətə salındığını həqiqətən görürlər. Bizim əraziləri işğal edənlər hər şeyi məhv ediblər."

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Qarabağ İslam Torpağıdır. Qarabağ Azərbaycanındır.
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!