?>

İİR və Qətər xarici işlər nazirləri sanksiyaların aradan qaldırılması, dünya çempionatı və s məsələlər üzrə məsləhətləşiblər

İİR və Qətər xarici işlər nazirləri sanksiyaların aradan qaldırılması, dünya çempionatı və s məsələlər üzrə məsləhətləşiblər

İran İslam Respublikası və Qətərin Xarici İşlər Nazirləri iki ölkə liderləri arasında son razılaşmalarının ardınca, dünya çempionatı və Tehran-Doha arasında ikitərəfli əlaqələrin genişləndirilməsi, eləcə də sanksiyaların ləğvi ilə bağlı danışıqları müzakirə ediblər.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Qətərin Baş nazirinin müavini və Xarici İşlər Naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl-Sani İİR Xarici İşlər Naziri Hüseyn Əmir Abdullahian ilə telefon təması quraraq, Qətər əmiri Şeyx Təmim bin Həmd Əl-Saninin İran İslam Respublikasına son səfəri zamanı iki ölkə liderləri arasında əldə olunan son razılaşmalarının icra mərhələsinə yetirilməsini vurğulyıblar.

İran İslam Respublikası və Qətərin xarici işlər nazirləri də bu telefon danışığında Qətərdə keçirilən futbol üzrə dünya çempionatı ilə bağlı son məsələləri, Tehran və Doha arasında ikitərəfli əlaqələrin inkişafı və hərtərəfli genişləndirilməsi, eləcə də sanksiyaların ləğvi üzrə danışıqları yaxından müzakirə ediblər.

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*