?>
İslam Dünyası Xəbərləri

İİR və Almaniya Şiəlik mövzusunda seminar keçirirlər

İİR və Almaniya Şiəlik mövzusunda seminar keçirirlər

İranın Berlindəki mədəniyyət müşaviri bildirib: “Şiəlik mövzusunda ikinci seminarın, 1400-cü il, 28 Aban ayında (19 Noyabr, 2021 tarixdə) Cümə günü, İran və Alman elmi mərkəzlərinin və hər iki ölkənin professorlarının iştirakı ilə kiber məkanda keçirilməsi planlaşdırılır.”

Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, İran İslam Respublikasının Berlindəki mədəniyyət müşaviri, kiberməkanda İran və Almaniyadan olan professorların iştirakı ilə ikinci şiəlik seminarının keçiriləyəcəyini elan edib.

İranın Berlindəki Mədəniyyət Məsləhətçisi "Həmid Məhəmmədi" və Almaniyanın Münster Universiteti, Qeyri-Avropa Katolik İlahiyyatı Fakültəsinin professoru və məsul şəxsi Norbert Heinsteiner virtula görüş keçiriblər. Onlar İran ilə Almaniya arasındakı akademik əlaqələrin və dini qarşılıqlı əlaqələrin inkişafı üçün mövcud imkanlar barədə fikir mübadiləsi aparıblar.

Məhəmmədi, İran Mədəniyyət Mərkəzinin Almaniyadakı universitetlər, xüsusən də Münster Universiteti ilə elmi və mədəni əlaqələri inkişaf etdirmək və dərinləşdirməkdə, İran və Alman universitetləri arasında bir körpü qurmaq üçün maraqlı olduğunu qeyd edib.

O, əlavə edib: "Mövcud qeydləri nəzərə alaraq, Munster Universitetinin iştirakı və əməkdaşlığı ilə ortaq mədəni proqramların və fəaliyyətlərin həyata keçirilməsini görə biləcəyimizə ümid edirik."

İranın Berlindəki mədəniyyət müşaviri bildirib: “Şiəlik mövzusunda ikinci seminarın, 1400-cü il, 28 Aban ayında (19 Noyabr, 2021 tarixdə) Cümə günü, İran və Alman elmi mərkəzlərinin və hər iki ölkənin professorlarının iştirakı ilə kiber məkanda keçirilməsi planlaşdırılır.

O, həmçinin əlavə edib: "2021-ci ilin sonlarında İran və Almaniyadan olan professorların iştirakı ilə Şiə fiqhinə dair bir veb seminar da təşkilatın gündəmindədir. Bu səbəbdən Munster Universitetini bu veb seminarların keçirilməsində iştirak etməyə dəvət edirik."

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*