?>
Qafqaz və Azərbaycan

İİR səfirliyi hərbi helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verdi

İİR səfirliyi hərbi helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verdi

“İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması ilə bağlı dost və qardaş Azərbaycan dövlətinə və xalqına başsağlığı verir...”

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, İran İslam Respublikasının Azərbaycandakı səfirliyi hərbi helikopterin qəzaya uğraması ilə bağlı başsağlığı verib.

Bu barədə İİR-ın Azərbaycandakı səfirliyi Tvitter səhifəsində açıqlama yayıb.

“İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması, bir neçə nəfərin şəhid olmasından dərin kədər hissi keçirir, dost və qardaş Azərbaycan dövlətinə və xalqına başsağlığı verir, şəhid olanların ailələri ilə həmdərd olduğunu bildirir”, - səfirlik bildirib.

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*