?>

İİR-ın neft naziri Azərbaycana səfər edəcək

İİR-ın neft naziri Azərbaycana səfər edəcək

Daha əvvəl, yaxın vaxtlarda Azərbaycan və İran arasında Xəzər dənizində neft və qaz yataqlarının işlənməsinə dair yeni sazişlərin imzalanacağı barədə xəbər verilib.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, İran İslam Respublikasının neft naziri Cavad Ovci iyunun əvvəlində Azərbaycana səfər edəcək.

İran İslam Respublikasının Naziri iyunun 2-3-də Bakıda keçiriləcək Bakı Enerji Forumunda iştirak edəcək.

Forumda “Energetika keçid dövründə - Transformasiya olunan dünyada yeni imkanlar və çağırışlar”, “Qlobal enerjinin inkişafı icmalı”, “Xalis sıfıra aparan yol”, “Enerji sektorunda az karbonlu gələcəyə keçid üçün kadr potensialı” adlı plenar sessiyalar keçiriləcək. Forumda Xəzər regionunda yeni hasilat imkanları, qaz marşrutları, neft emalı və neft-kimya layihələrinin maliyyələşdirilməsi də nəzərdən keçiriləcək.

Daha əvvəl, yaxın vaxtlarda Azərbaycan və İran arasında Xəzər dənizində neft və qaz yataqlarının işlənməsinə dair yeni sazişlərin imzalanacağı barədə xəbər verilib.

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*