?>

İcra başçılarının fəaliyyətinə qarşı məyusluq var

İcra başçılarının fəaliyyətinə qarşı məyusluq var

Azərbaycan Respublikası prezidenti icra başçıları və məmurların fəaliyyətinin fəsadlarına və yenilərinin də həmin yolu tutacaqları ehtimalına etiraf edib.

ABNA24 Xəbər Verir, Prezident İlham Əliyev Cəlilabad və Şəmkirin yeni icra başçılarını videoformatda qəbul edərkən həmin rayonların öncəki icra başçılarını təyin etdiyi vaxtı xatırladıb və deyib:Mən onlara göstəriş vermişdim ki,  gündəlik həyatda elə işləyin, elə çalışın ki, həm vətəndaşlar sizdən razı olsunlar, həm də rayonların inkişafı sürətlə getsin əfsuslar olsun ki, real həyatda biz bunun tam əksini görürük.

İlham Əliyev deyib:  Sizdən əvvəl bu vəzifələrdə çalışmış insanlar yalnız şəxsi mənafelərini güdürdülər, talançılığa, rüşvətxorluğa və korrupsiyaya qurşanmışdılar, öz şəxsi biznesləri ilə məşğul idilər.

Azərbaycan Respublikası prezidenti vəzifəyə təyin olunan şəxslərin bir müddətdən sonra cinayətə qurşandıqlarını bildirərək deyib:

Son illər ərzində bir çox yüksəkvəzifəli məmurlar, yerli və mərkəzi icra orqanlarının rəhbərləri, eyni zamanda, sabiq rəhbərlər, nazirlər, icra başçıları cinayət məsuliyyətinə cəlb edilmişlər.

İlham Əliyev yeni təyin etdiyi icra başçılarının da sələflətinin yolunu gedəcəklərini ehtimal edərək deyib: Sizə də deyirəm və bu gün bütün digər məmurlara deyirəm - əgər məmurlar öz işində yenə də bu çirkin əməllərdən əl çəkməsələr, onların da aqibəti eyni olacaq.

Azərbaycan Respublikası prezidenti Cəlilabad və Şəmkir rayonlarının keçmiş başçıları və digər rayonların icra başçılarının rüşvətxorluqları nəticəsində dövlət büdcəsinə dəyən ziyanlara toxunub və məmurların ücbatından xalqın rifahının yaxşılaşdırıması prosesinin ləngilməsinə eyham vurub.

İlham Əliyev vaxtı ilə Cəlilabad və Şəmkir rayonlarının keçmiş başçılarını vəzifəyə təyin edərkən onlara verdiyi göstərişləri yeni başçılar üçün təkrarlayaraq onlardan deyilənləri yerinə yetirməyi istəyib və deyib: Əks təqdirdə, sizi nələr gözləyir, sizdən əvvəl işləyənlərin aqibəti daim sizin gözünüzün qabağında olmalıdır.

Analitiklərə görə, Azərbaycan Respublikasında məmurların fəaliyyəti ilə əlaqədar eyni ssenari təkrarlanmaqdadır. Başqa sözlə, prezident tərəfindən təyin olunan məmurlar bir müddətdən sonra öz ciblərinə işləməyə başlayır, xalqa qənim kəsilir, onların xəyanətkar əməlləri uzun müddət davam edəndən sonra nəhayət cəmiyyətdə narazılıq artır və sosial partlayış həddinə çatdığı zaman, həmin məmurlar vəzifədən azad edilir və yaxud həbs olunurlar və ardınca proses əvvəlindən təkrar olunur.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*