?>

İ.Haniyə: “Tarix sionist rejimlə münasibət quranlara rəhm etməyəcək”

İ.Haniyə: “Tarix sionist rejimlə münasibət quranlara rəhm etməyəcək”

Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) Siyasi Bürosunun rəhbəri, tarixin sionist rejimi ilə münasibətləri normallaşdıranlara rəhm etməyəcəyini söylədi. İsmayıl Haniya verdiyi müsahibədə BƏƏ-ni sionist rejimlə sazişdən çıxmağa, eləcə də ərəb ölkələri ilə rejim arasında münasibətlərin normallaşdırılması prosesinə son qoymağa çağırıb.

ABNA24 Xəbər Verir, Fələstin xalqının müqavimət göstərməyə davam edəcəyini vurğulayan Haniyə, heç kim Fələstin xalqına və millətinə öz siyasətini tətbiq edə bilməyəcəyini söylədi. Ötən cümə axşamı Əbu-Dabi və Təl-Əviv ABŞ prezidentinin BƏƏ ilə sionist rejim arasındakı münasibətləri normallaşdırmağa kömək etmək səylərindən sonra, diplomatik münasibətləri tam normallaşdırmaq barədə razılığa gəldi. İsrail rejimi və BƏƏ arasındakı razılaşma Fələstin qruplarının, bölgədəki ölkələrin və bir sıra dünya siyasətçilərinin kütləvi etiraz dalğalarına səbəb oldu və demək olar ki, hamısı, BƏƏ-ni Fələstin ideallarına xəyanət etdiyini bildirib.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*