İranın birinci vitse-prezidenti Nəcəf valisi ilə görüşdə deyib: Müxtəlif din, məzhəb və ölkələrdən olan milyonlarla İmam Hüseyn(ə) aşiqinin qısa bir zaman kəsiyində iştirakı İslam Dünyasının birliyi, həmrəyliyi və dostluğunun nümayişidir.
ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Əzəmətli Ərbəin yürüşündə iştirak etmək üçün bu gün Nəcəfi-Əşrəf şəhərinə getmiş İranın birinci vitse-prezidenti Eshaq Cəhangiri həmçinin üç milyondan çox iranlı zəvvara ev sahibliyi etdikləri üçün iraqlı rəsmilərə və Nəcəfdəki böyük təqlid mərcələrinə təşəkkür edib. O, deyib: İran dövləti Ərbəin yürüşü mərasiminin daha yaxşı keçirilməsi younda duran maneələr və problemlərin aradan qaldırılması üçün əlindən gələni əsirgəməyəcək.
Nəcəfi-Əşrəfin valisi Luay əl-Yassiri də bu görüşdə deyib: Ərbəin iki ölkə və iki xalqın münasibətlərinin möhkəmlənməsində böyük rol oynayıb və qarşılıqlı münasibətlərin yüksəlişi üçün bütün imkanlardan istifadə olunmalıdır.
Cəhangiri İraqa birgünlük səfərdə Nəcəf-Kərbəla istiqamətindəki bəzi çadırlara da baş çəkməlidir.
Bu gün 1441-ci hicri qəməri ili səfər ayının 20-si, dünya şiələrinin üçüncü imamı Həzrət İmam Hüseyn(ə)-ın və onun vəfalı köməkçilərinin Kərbəla düzündə şəhadətinin qırxıncı günüdür.
..........
340